Sumqayıt Dövlət Universitetində respublika elmi konfransı

  

Ölkə Prezidenti İlham Əliyevin 22 iyun 2009-cu il tarixli Sərəncamı ilə "1941-1945-ci illər müharibəsində qələbənin 65 illik yubileyinin qeyd edilməsi üzrə Milli Proqram"a uyğun olaraq respublikada veteranlarla görüşlər, anım günləri, ədəbi-bədii axşamlar, elmi konfranslar təşkil olundu.

Mayın 7-də Sumqayıt Dövlət Universitetində "Böyük Vətən müharibəsində qələbənin təmin olunmasında Azərbaycan xalqının rolu" mövzusunda respublika elmi konfransı keçirildi. Tədbiri giriş sözü ilə ali məktəbin rektoru, professor N.Qəhrəmanov açdı.

Plenar iclasda SDU-nun tarix fakültəsinin dekanı, professor A.Baxşəliyev, Ümumi tarix kafedrasının müdiri, professor Ş.Səlimov başqaları çıxış etdilər.

Elmi məclisdə qeyd olundu ki, bu müharibədə Azərbaycandan 600 min nəfər iştirak etmiş, bunların yarısı qədər insan şəhid olmuş, itkin düşmüşdür. Yüzlərlə soydaşımız Sovet İttifaqı Qəhrəmanı adına, ən yüksək dərəcəli orden medallara layiq görülmüşdür.

Arxa cəbhədə olanlar bol məhsul yetirmiş, Azərbaycan neftçiləri silahlı qüvvələri kifayət qədər yanacaqla təchiz etmişlər.

Həm plenar iclasda, həm bölmələrdə ("Azərbaycan döyüşçülərinin ön cəbhədəki iştirakı"; "Qələbənin təmin edilməsində Azərbaycan iqtisadiyyatının rolu") 1941-1945-ci illər müharibəsində qələbənin təmin edilməsi həqiqətlərindən, o cümlədən Azərbaycanın kənd əməkçilərinin, respublika neftçilərinin, Azərbaycan alimlərinin töhfələri, fədakar əməyi tarixi-sosial, ictimai-iqtisadi baxımından təhlil təqdir olundu.

Konfransa təqdim olunmuş tezislər kitabça şəklində çap ediləcəkdir.

 

 

Ş.ELNUR

 

Azərbaycan müəllimi.- 2010.- 14 may.- S.7.