Məktəbdə yubiley tədbiri

 

Bakıdakı 298 nömrəli orta məktəbdə şair Musa Ələkbərlinin anadan olmasının 60 illiyinə həsr olunmuş "Tanrının dediklərini yazan şair" adlı ədəbi-bədii gecə keçirildi.

Gecəni giriş sözü ilə məktəbin direktoru Şaiqə Hüseynova açdı. Məktəbin direktor müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Xatirə Rəhimbəyli Musa Ələkbərlinin həyat yaradıcılığı  haqqında ətraflı məlumat verdi.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən Qurbanova Musa Ələkbərli yaradıcılığının əsas məziyyətləri haqqında danışdı.

Sonra tədbirə dəvət olunmuş şairin qələm dostları çıxış etdilər. Prezident təqaüdçüsü, "Azərbaycan dəmiryolçusu" qəzetinin redaktoru Vasif Süleyman Musa Ələkbərlinin  1985-90-cı illərdə rəhbərlik etdiyi "Pərvanə" ədəbi məclisinin fəaliyyətindən, Prezident təqaüdçüsü, şair Faiq Balabəyli  isə Musa Ələkbərli ilə bağlı xatirələrindən söz açdılar.

Məktəbin şagirdləri Musa Ələkbərlinin şeirlərindən nümunələr söylədilər.

Sonda yubilyar tədbiri təşkil etdiklərinə görə məktəbin pedaqoji və şagird kollektivinə minnətdarlıq etdi və yeni şeirlərini oxudu.

 

 

Aytəkin SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2010.- 14 may.- S.7.