Böyük sənətkarın 100 illik  yubileyi qeyd edildi

 

 Azərbaycan  Dövlət Pedaqoji   Universitetində xalq  şairi   Rəsul Rzanın  100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Mərasimi  universitetin rektoru, professor   Yusif  Məmmədov  açaraq XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi,  ictimai  xadim, vətənpərvər ziyalı Rəsul Rza haqqında  geniş  danışdı. Azərbaycan poeziyasına yeniliklər gətirən böyük ziyalını novator şair kimi səciyyələndirən natiq onun ibrətamiz, fəlsəfi düşüncələrini diqqətə çatdırdı.

Çıxışlarda Rəsul Rzanın ədəbiyyatımızın inkişafındakı  rolundan danışıldı, böyük sənətkarla bağlı xatirələr söylənildi.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar  atasının  bu  mötəbər ali təhsil ocağında yubiley tədbirinin  keçirilməsindən məmnunluğunu ifadə etdi və mərasimin hazırlanmasında əməyi olanlara minnətdarlığını bildirdi.

Yubiley tədbiri  tələbələrin  hazırladıqları  kompozisiya ilə başa çatdı.

 

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2010.- 14 may.- S.8.