"Azərbaycan
xalq ədəbiyyati"
yeni formada
Azərbaycan MEA-nın müxbir üzvü, BDU-nun Azərbaycan folkloru kafedrasının müdiri Azad Nəbiyevin "Azərbaycan xalq ədəbiyyati" adlı kitabının birinci hissəsi təkmilləşdirilmiş formada işıq üzü görüb. Professor A.Nəbiyevin iki kitabdan ibarət "Azərbaycan xalq ədəbiyyatı" dərsliyinin birinci hissəsi ağız ədəbiyyatının öyrənilmə tarixinin müxtəsər xülasəsi ilə başlayıb qədim dövr şifahi xalq ədəbiyyatını əhatə edir. Bu kitabın daha əvvəlki nəşrdən fərqi ondan ibarətdir ki, kitabın dil üslubu daha asanlaşdırılmış və bir çox yeni mövzular əlavə olunmuşdur. Dərslik ali və orta məktəb tələbə və şagirdləri, müdavimlər, magistrantlar və mütəxəssislər üçün nəzərdə tutlulmuşdur.
Azərbaycan müəllimi.- 2010.- 14 may.- S.8.