Talassemiyalı uşaqlar üçün qanvermə
aksiyası keçirilib
Mayın 11-də Bakı Uşaq Teatrında talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilib. Aksiyada teatr truppası ilə yanaşı, ayrı-ayrı vətəndaşlar da iştirak ediblər. Tədbirin əyləncə hissəsində əlil uşaqlardan ibarət studiyanın üzvləri nağıl personajlarının iştirakı ilə maraqlı səhnəcik nümayiş etdiriblər. Tamaşa bitdikdən sonra balacalar aksiyanın təşkilatçılarına təşəkkür ediblər. Teatrın direktoru və bədii rəhbəri İntiqam Sultan sonda aksiyanın əhəmiyyətini yüksək qiymətləndirib, onun iştirakçılarına və studiyanın üzvlərinə minnətdarlığını bildirib.
Elvira İSMAYILOVA,
Aytən KOSAYEVA
Azərbaycan müəllimi.- 2010.- 14 may.- S.8.