Ümumtəhsil məktəblərində "Son zəng" tədbirinin keçirilməsi
haqqında
Azərbaycan Respublikası təhsil
nazirinin əmri
Respublikanın ümumtəhsil
məktəblərində ənənəvi
"Son zəng " tədbirinin mütəşəkkil və
səmərəli keçirilməsini
təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. "Son
zəng" tədbiri
31 may 2010-cu il tarixdə
saat 10:00-dan başlayaraq
üç saat müddətində yalnız
müəssisənin ərazisində
keçirilsin.
2. Ümumtəhsil məktəblərində
təşkil olunan "Son zəng"
tədbirində valideyn
komitələri, valideyn-müəllim
assosiasiyaları və
ictimaiyyətin nümayəndələrinin
iştirakı təmin
edilsin.
3. Naxçıvan MR Təhsil
Nazirliyi, Bakı Şəhəri üzrə
Təhsil İdarəsi,
Gəncə Şəhər
Təhsil İdarəsi,
rayon (şəhər) təhsil
şöbələri "Son zəng"in
məzmunlu keçirilməsi
ilə bağlı təşkilati işləri
vaxtında başa çatdırsınlar, şagirdlərin
təhlükəsizliyini təmin
etmək məqsədilə
zəruri tədbirlər
görsünlər, bu
tədbiri məzunların
həyatında yaddaqalan
əlamətdar hadisəyə
çevirmək üçün valideynlərlə
pedaqoji kollektivin birgə səmərəli
fəaliyyətinə nail olsunlar.
4. İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə)
əmrin "Azərbaycan
müəllimi" qəzetində
dərc olunmasını
təmin etsin.
5. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri
20 may 2010-cu il
Azərbaycan müəllimi.- 2010.- 21 may.- S.2.