Mirzə Fətəli Axundzadənin
200 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası
təhsil nazirinin əmri
Azərbaycan Respublikası Prezidentinin "Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında" 851 nömrəli 13 aprel 2010-cu il tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. 2012-ci ildə böyük Azərbaycan mütəfəkkiri, milli dramaturgiyamızın banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin.
2. Naxçıvan MR təhsil naziri, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirləri, ali, orta ixtisas, texniki peşə təhsili müəssisələrinin rəhbərləri tədbirlər planının icrasını təmin etsinlər.
3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.
4. Ümumi şöbə (H.Məhərrəmova) əmrin və tədbirlər planının çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova həvalə edilsin.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri
19 may 2010-cu il
Azərbaycan müəllimi.- 2010.- 21 may.- S.2.