Xalq şairi Nəriman Həsənzadə
ilə görüş
Mayın 18-də Azərbaycan Texniki Universitetində xalq şairi, əməkdar incəsənət xadimi, Milli Aviasiya Akademiyasının
kafedra müdiri,
professor Nəriman
Həsənzadə ilə görüş
keçirildi. Tədbiri
universitetin rektoru,
professor Havar Məmmədov
açaraq şairin həyat
yolu, zəngin yaradıcılığı barədə
ətraflı məlumat
verdi. Rektor görkəmli şairin
Azərbaycan ədəbiyyatına,
xüsusən poeziyamıza
verdiyi töhfələri
yüksək dəyərləndirdi.
Şairin 80-ci illərdə qələmə
aldığı "Nəriman"
poemasını və
"Atabəylər" dramını
müasir Azərbaycan
ədəbiyyatında tarixi
hadisə kimi qiymətləndirdi.
Sonra
Milli Aviasiya Akademiyasının kafedra müdiri, hüquq elmləri doktoru, professor İbrahim Quliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, professor Maarifə Hacıyeva, şair Ramiz Məmmədzadə, "Azərbaycan
Cümhuriyyəti" qəzetinin
redaktoru Ramin Qurban çıxışlarında Nəriman Həsənzadənin
yaradıcılığında Azərbaycan xalqının tarixinin, mədəniyyəti və
incəsənətinin təbliğinə
geniş yer verildiyini vurğuladılar.
Xalq şairi
N.Həsənzadə tələbələrin
suallarını ətraflı
cavablandırdı və lirik şeirlərini oxudu.
Görüş tələbələrin şairin
şeirləri əsasında
hazırladıqları ədəbi-bədii
kompozisiya ilə başa çatdı.
Sifai SƏFƏROVA
Azərbaycan müəllimi.-
2010.- 21 may.- S.8.