Uşaqlara həsr olunmuş kitab

 

Bakıdakı 258 nömrəli orta məktəbdə uşaqlara həsr olunan "Tərəvəzlərin adı, bir də..." adlı kitab işıq üzü görüb.  Bu günlərdə kitabın təqdimetmə mərasimi keçirilib. Mərasimi giriş sözü ilə açan təhsil ocağının direktoru Sədaqət Hüseynova bildirdi ki, "Nurlar" nəşriyyat-poliqrafiya mərkəzinin mətbəəsində ofset üsulu ilə çap edilən kitabda şagirdlər  tərəvəzlərin xüsusiyyətlərini, hansı vitaminlərlə zəngin olmasını, onların vətənini, uşaqlar üçün xeyirli olmasını öyrənə  bilərlər.

Tədbirdə çıxış edənlər kitabın uşaqlar üçün əhəmiyyətindən danışdılar, belə tədbirlərin vacibliyini vurğuladılar.

Sonda şagirdlər kitabda olan tərəvəzlər haqqında tədbir iştirakçılarına məlumat verərək müxtəlif rəqs nömrələri göstərdilər.

 

 

Rəşad ZİYADOV

 

Azərbaycan müəllimi.- 2010.- 21 may.- S.8.