Zəngilan məktəbində
Milli Qəhrəmanla görüş
Bu günlərdə
Bakının Binəqədi
rayonunda fəaliyyət
göstərən Zəngilan
rayon 4 nömrəli orta
məktəbində polis polkovnik-leytenantı,
Azərbaycan Respublikasının
Milli Qəhrəmanı
Sahil Ələmdar oğlu Məmmədovla görüş keçirildi. Əvvəlcə şəhidlərimizin
xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü
ilə təhsil ocağının direktoru
Cəbrayıl Şıxəliyev
açaraq bildirdi ki, Azərbaycan Respublikasının Milli Qəhrəmanlarından yalnız
17-si bu gün bizlərlədir. Ürəkağrısı,
eyni zamanda qürur hissi ilə qeyd etməliyəm
ki, Azərbaycan Milli Ordusunun ilk şəhid əsgəri Firdovsi Məmmədov və
Daxili Qoşunların
ilk şəhidi Hətəmxan
Babayev zəngilanlıdırlar.
Torpaqlarımızın bütövlüyü uğrunda mübarizəyə
qoşulan bu insanların hər biri bizim üçün
əzizdir, müqəddəsdir.
Bu gün işığına
toplaşdığımız Sahil Məmmədov da belələrindəndir.
Çıxış edənlər Milli Qəhrəmanın torpaqlarımızın
müdafiəsi yolunda
göstərdiyi şücaətdən
danışdılar.
Şagirdlər vətənə həsr olunmuş şeirlərlə, mahnılarla tədbiri daha da yaddaqalan və maraqlı etdilər.
Tədbirin sonunda Milli Qəhrəman Sahil Məmmədov qısa, lakin maraqlı və təsirli çıxışı ilə şagirdlərə harada olmalarından asılı olmayaraq vətəni həmişə sevməyi tövsiyə etdi.
Tədbir iştirakçıları Milli Qəhrəmanla xatirə şəkli çəkdirdilər.
Rəşad ZİYADOV
Azərbaycan müəllimi.- 2010.- 21 may.- S.8.