Blaband kənd
məktəbində bir
muzey var
Lerik rayonunun Blaband kənd orta məktəbində neçə
illərdir ki, Təbiət və diyarşünaslıq muzeyi
fəaliyyət göstərir. Muzey görkəmli
akademik Həsən Əliyevin adını daşıyır. Bu zəngin eksponatlı muzey məktəbin biologiya müəllimi Əlheydər Əliyevin gərgin əməyi sayəsində yaradılıb.
Təsadüfi deyildir ki, hələ 1996-cı ildə
keçirilmiş respublika
baxış-müsabiqəsində muzey ikinci yerə
layiq görülməklə
mükafatlandırılmışdır.
Təhsil naziri Misir Mərdanov muzeyin fəaliyyətini yüksək
qiymətləndirərək Əlheydər müəllimə
təşəkkür elan
etmişdir.
Onu da qeyd edək ki, rayonun ağsaqqal
ziyalılarından sayılan
Əlheydər müəllim
1999-cu ildə "İlin
ən yaxşı müəllimi" adına layiq görülmüşdür.
Bu günlərdə
Əlheydər Əliyevin
öz doğma kəndində 70 illik yubileyi qeyd edilmişdir. Yubiley tədbirində
rayon icra hakimiyyətinin,
Azərbaycan Milli Elmlər Akademiyasının
nümayəndələri, Bakıdan, Sumqayıtdan, Gəncədən, Salyandan
olan ziyalılar, eləcə də dərs dediyi məktəbin şagird və müəllim kollektivi iştirak etmiş, qocaman müəllimə uzun ömür arzulamış,
uğurlar diləmişlər.
Zəfər ORUCOĞLU
Lerik rayonu
Azərbaycan müəllimi.- 2010.- 21 may.- S.8.