Xarici tələbələrin məzun günü qeyd olundu

 

Naxçıvan  Dövlət  Universitetində  xarici tələbələrin  məzun günü qeyd olundu.

Tədbirdə giriş sözü ilə çıxış edən universitetin rektoru, akademik İsa Həbibbəyli   universitet həyatında artıq ənənə halını alan belə tədbirlərin əhəmiyyətini  vurğuladı, Türkiyə - Azərbaycan dostluq əməkdaşlıq əlaqələrindən danışdı.  Qeyd olundu ki, universitetimiz  uzun  illərdir Türkiyə Cümhuriyyətinin bir sıra ali məktəbləri ilə müxtəlif sahələrdə sıx əməkdaşlıq edir, qardaş ölkə universitetlərinin elm,  təhsil, İKT sahəsindəki təcrübələrini öyrənir. Vurğulandı ki,  universitetdə dünyanın 10 müxtəlif  ölkəsindən  təhsil  alan 245 xarici tələbədən 207-si bakalavr, 20-si isə  magistr olmaqla türkiyəli tələbələrdir ki, onların da 92  nəfəri bu il məzun olaraq  işgüzar həyata atılacaqlar. Rektor bütün məzunlara uğurlar dilədi.

Tədbirdə   iştirak   edən  Türkiyə Cümhuriyyətinin  muxtar respublikadakı baş konsulu Ayhan Enginar  da çıxış  edərək məzunlara  burada qazandıqları bilikləri, dəyərləri  gələcək  həyatlarında  tətbiq  etməyi,  qoruyub  saxlamağı  tövsiyə  etdi. 

Tarix-filologiya fakültəsinin dekanı, filologiya elmləri namizədi, dosent, Naxçıvan MR-in əməkdar müəllimi İman Cəfərov, incəsənət fakültəsinin musiqişünaslıq  ixtisası üzrə II kurs tələbəsi   Rumiyə Qasımova, xarici tələbələr adından  tarix  ixtisası üzrə  hazırlıq kursunun dinləyicisi, koreyalı Myongga Yaung,  beynəlxalq münasibətlər ixtisası üzrə I kurs tələbəsi Khairuz  Zaman  məzun-tələbələrə  səmimi  təbriklərini çatdırdılar. Məzunlar  adından  çıxış  edən  fizika - riyaziyyat  fakültəsinin fizika ixtisasının  məzunu  Şahinduran Çingiz universitetdə təhsil aldıqları müddətdə  əhatə  olunduqları  hərtərəfli  diqqət qayğıya, onlar üçün yaradılan şəraitə  görə  minnətdarlıqlarını ifadə etdi. Sonra bir qrup məzuna universitet rəhbərliyi adından xatirə hədiyyələri təqdim olundu.

Tədbir  tələbə  rəqs  qrupunun ifasında yallı    digər  rəqs nömrələri ilə yekunlaşdı. 

 

 

Nərmin CƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2010.- 21 may.- S.4.