ADU Norveçin Aqder Universiteti ilə əlaqələrini genişləndirir

  

Mayın 14-də ADU-nun rektoru, professor Səməd Seyidov Norveçin Aqder Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında əməkdaşlıq layihəsinin rəhbəri, professor, xanım Elisse Seip Tonnesseni qəbul etdi. ADU-nun fəaliyyətini yüksək dəyərləndirən rektor Səməd Seyidov bu layihənin Azərbaycan təhsil sistemində aparılan islahatlar baxımından böyük əhəmiyyətini qeyd etdi. Görüşdə bu ikitərəfli layihənin başa çatdırılmasının vacibliyi vurğulandı.

Xanım Elisse Seip Tonnessen burada işlədiyi dövrdə ona yaradılan şəraitə görə ADU rəhbərliyinə öz minnətdarlığını bildirdi. Universitetlər arasındakı əlaqələrdən çox məmnun olduğunu, tələbələrin bilik səviyyəsindən razı qaldığını söylədi.

Sonra xanım Tonnessenə universitet adından xatirə hədiyyəsi təqdim edildi

 

 

         Azərbaycan müəllimi.- 2010.- 21 may.- S.4.