Ali məktəb
tələbələrinin bədii
yaradıcılıq festivalının qalibləri
mükafatlandırıldılar
Mayın 17-də Təhsil
Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad
Həmkarlar İttifaqı
Respublika Komitəsinin
birgə təşkil
etdiyi ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə
həsr olunmuş ali məktəb
tələbələrinin bədii
yaradıcılıq festivalı
qaliblərinin mükafatlandırılması
mərasimi keçirilib.
Artq üçüncü
ildir ali məktəb tələbələrinin
bədii yaradıcılıq
festivalının keçirildiyini
söyləyən təhsil
nazirinin müavini Elmar Qasımov ilk öncə belə əhəmiyyətli tədbirin
təşkil olunmasına
görə təhsil naziri Misir Mərdanova
və Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyevə
təşəkkür edib.
Nazir müavini bildirib ki, Azərbaycanda milli mənəvi dəyərlərimizə xüsusi
diqqət yetirilməsi
gənclərimizin hərtərəfli
formalaşmasına və
onların istedadının
üzə çıxarılmasına
əlverişli şərait
yaradıb. Mədəni
irsimizin qorunub saxlanması, inkişaf etdirilməsi və geniş təbliği baxımından ulu öndərimiz Heydər Əliyevin ideyalarının
əvəzsiz rolu olduğunu vurğulayan Elmar Qasımov nəzərə çatdırıb
ki, bu festivalın
əsas məqsədi
ali məktəb
tələbələrini milli
vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə,
milli adət-ənənələrimizə
hörmət ruhunda tərbiyə etməkdən
ibarətdir.
Sonra festivalda kollektiv və fərdi çıxışlarda müxtəlif
nominasiyalar üzrə
uğur qazanmış
tələbələrə Təhsil Nazirliyi tərəfindən diplomlar
və qiymətli hədiyyələr təqdim
olunub.
Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov fərqlənən
tələbələrin festivala
hazırlanmasında zəhmət
çəkmiş müəllimlərə
Fəxri fərmanlar təqdim edib.
Azərbaycan gəncliyinin istedadından
məmnunluqla söz açan xalq artistləri Təranə Muradova və Yalçın Rzazadə tələbələrə ən
xoş arzularını
bildirib, onlara yaradılan belə imkanlardan layiqincə bəhrələnməyi tövsiyə
ediblər.
Ali məktəb
tələbələrinin bədii
yaradıcılıq festivalının
təşkil olunmasında
zəhməti keçən
hər kəsə minnətdarlıqlarını ifadə
edən gənclər
belə yüksək səviyyəli tədbirə
qatılmaqdan zövq aldıqlarını vurğulayıblar.
Azərbaycan
müəllimi.- 2010.- 21 may.- S.4.