İslam Dünyası Universitetləri

 

Federasiyasının V baş konfransı başa çatdı

 

Bakıda Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə keçirilən İslam Dünyası Universitetləri Federasiyasının V baş konfransı başa çatmışdır.

Konfransda İslam ölkələri universitetlərində qazanılan təcrübə və nailiyyətlər, son üç ildə İslam Dünyası Universitetləri Federasiyasının təhsilin inkişafı üzrə həyata keçirdiyi layihələr barədə məlumat verilmiş, müzakirələr aparılmış, qarşıda duran vəzifələr diqqətə çatdırılmışdır.

Azərbaycan Dövlət İqtisad Universiteti ilə Səudiyyə Ərəbistanının Al-İmam Muhammad İbn Saud İslam Universiteti arasında əməkdaşlığa dair niyyət memorandumu imzalanmışdır.

İslam Dünyası Universitetləri Federasiyasının üç ildən sonra keçiriləcək növbəti VI baş konfransının Səudiyyə Ərəbistanının Mədinə şəhərində təşkil olunması nəzərdə tutulur.

Qurumun Bakıda keçirilən V baş konfransında Azərbaycan, Səudiyyə Ərəbistanı, Türkiyə, Misir, İran, Küveyt, Pakistan, Malayziya və digər ölkələrin universitetlərinin rektorları iştirak etmişlər.

 

 

Azərbaycan müəllimi.- 2010.- 21 may.- S.1.