Ötən ay Təhsil Nazirliyinin
"Qaynar xətt"
xidmətinə 1003 müraciət daxil olub
Aprel ayında
Təhsil Nazirliyinin
"Qaynar xətt"
xidmətinə (telefonlar:
496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) 1003 müraciət
daxil olub.
Müraciətlərin 919-u (91,6%)
telefonla, 84-ü (8,4%) elektron
poçt vasitəsilə
qəbul edilib. Daşıdığı informasiyanın əhəmiyyətindən,
mövzusundan asılı
olmayaraq bütün müraciətlər dinlənilib
və qeydə alınıb. Xüsusi araşdırma
tələb edən müraciətlər aidiyyəti
qurumlara göndərilərək
müvafiq qaydada araşdırılıb, ünvanlı
müraciətlər isə
yazılı şəkildə
cavablandırılıb.
Ötən aylarda olduğu kimi, müraciətlərin
böyük əksəriyyəti
yenə də anonim olub, sorğu
xarakterli müraciətlər
çoxluq təşkil
edib. Aprel ayı ərzində "Qaynar xətt" xidmətinə
daxil olmuş sorğular ümumtəhsil məktəblərinin
IX və XI siniflərində mərkəzləşdirilmiş
qaydada keçirilmiş yoxlama imtahanlarının nəticələri,
bu imtahanların təşkili və keçirilməsi ilə
əlaqədar rəy və təkliflər, müəllimlərin
işə qəbulu üzrə yeni mexanizmin gələcəkdə
geniş tətbiqinin səmərəliliyi barədə
mülahizələr, respublika fənn olimpiadalarının və
beynəlxalq olimpiadaların təşkili, keçirilməsi
və nəticələri, xaricdə təhsil, xarici ölkələrin
təhsil müəssisələrindən verilmiş təhsil
sənədlərinin tanınması qaydaları ilə əlaqədar
olub. Həmin müraciətlər ümumi
sorğuların 75-80 faizindən çoxunu təşkil edib.
Başqa sorğular isə müəllimlərin
əməkhaqqının dərəcələr üzrə
hesablanması qaydaları, təhsil sənədlərinin
alınması və sair məsələlərlə
bağlı olub.
Ümumtəhsil məktəbləri və
məktəbəqədər təhsil müəssisələri
ilə bağlı müraciətlərin böyük
əksəriyyəti Bakı
şəhərindən, bir
qismi isə Gəncə, Sumqayıt və Şirvan şəhərlərindəndir. Bakıdan 74, Sumqayıtdan
5, Gəncədən 3, Mingəçevirdən 3, Şirvandan
1 müraciət daxil olub. Rayonlar üzrə
Abşeron, Goranboy, Qəbələ, Gədəbəy,
Şamaxı, Cəlilabad, Lənkəran, Biləsuvar, Fizuli və
Şamaxıdan daha çox müraciət qeydə
alınıb. Müraciətlərdə
ümumtəhsil müəssisələrində tədris
prosesinin təşkili, maddi-texniki təchizat sahəsində
çatışmazlıqlar, məktəb
direktorlarının idarəetmədə yol verdikləri
nöqsanlar və digər məsələlər öz əksini
tapıb.
Təhsil Nazirliyinin
"Qaynar xətt"
xidmətinə daxil olan müraciət əsasında Bakı şəhərindəki 63 nömrəli
məktəbdə yaranmış
vəziyyət araşdırılıb,
burada şagird-müəllim-valideyn
münasibətlərinin düzgün
qurulması, sanitar-gigiyenik
normalara əməl olunması istiqamətində
zəruri işlərin
aparılmadığı müəyyən
olunub, məktəbin direktoruna töhmət elan edilib. Daxil olmuş digər
müraciətlər əsasında Cəlilabad şəhər
1 və 8 nömrəli məktəblərdəki vəziyyət
araşdırılıb, işdə yol verdikləri
nöqsanlara görə hər iki məktəbin direktoru
tutduqları vəzifədən azad olunub.
Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə
müraciət etmiş
şəxslərdən onların
şikayətlərinə operativ
şəkildə baxıldığına
görə təşəkkür
məktubları da daxil olub.
Azərbaycan müəllimi.- 2010.- 21 may.- S.1.