Pedaqoji fakültənin
tələbələri üçün fiziki tərbiyədən
ilk dərs vəsaiti
Dahi öndərimiz
Heydər Əliyev gənc nəslin sağlam və gümrah böyüməsini
həmişə diqqət
mərkəzində saxlamış,
bu işdə bədən tərbiyəsi
və idmanın əvəzedilməz vasitə
olduğunu dəfələrlə
qeyd etmişdir. Heydər Əliyev bu münasibətlə demişdir: "Böyüməkdə
olan nəslin fiziki inkişafına daha çox diqqət verilməli, bədən tərbiyəsinin
tədrisini yaxşılaşdırmalı,
hər bir məktəbdə səmərəli
idman məşğələləri
üçün şərait
yaradılmalı, uşaqlar
fiziki cəhətdən
hər vasitə ilə möhkəmləndirilməli,
onların sağlamlığına
düzgün qayğı
göstərilməlidir".
Bu tövsiyələrin həyata
keçirilməsində öyrənənlərin
məqsədyönlü və
nəticəyönümlü hərəki bilik, bacarıq və vərdişlərə yiyələnməsi
də vacib şərtlərdəndir. Tələbə
gənclərin fiziki tərbiyəyə, idmana,
tibbə, gigiyenaya və s. dair müvafiq biliklərə yiyələnməsində, onlara
bacarıq və vərdişlərin aşılanmasında
dərslik, dərs vəsaitləri və metodik işləmələr
mühüm əhəmiyyət
kəsb edir.
Fiziki tərbiyə
sahəsində onlarla
dərs vəsaiti, proqram və metodik işləmələrin
müəllifi, məktəbşünas-alim
Azərbaycan Dövlət
Pedaqoji Universitetinin dosenti, pedaqoji elmlər namizədi Baloğlan Quliyevin "Fiziki tərbiyənin nəzəri-metodik
və praktik işlərinin əsasları"
adlı dərs vəsaitinin işıq üzü görməsi bu baxımdan yerinə düşmüşdür
(Elmi redaktor: Professor M.Nəsrullayev, rəyçilər:
redaqoji elmlər doktoru, professor F.Rüstəmov,
professor R.Əliyev, dosentlər:
A.Əmiraslanov, Ə.Mehdiyev).
Həmin dərs vəsaiti pedaqoji fakültələrin "İbtidai
təhsilin pedaqogikası
və metodikası"
ixtisası üçün
nəzərdə tutulmuş
və Təhsil Nazirliyinin Elmi-Metodiki Şurası tərəfindən
təsdiq edilmiş
"Fiziki tərbiyə
və onun tədrisi metodikası"
proqramı əsasında
hazırlanmışdır. Vəsaitdə mövzu üzrə plan, istifadə
olunacaq ədəbiyyat,
yoxlama-test sualları,
nəhayət yaradıcılıq
işi üçün
təxmini mövzular da müəyyənləşdirilmişdir.
Mətnlərin uzun illərdən
bəri aparılmış
tədqiqatlara, qabaqcıl
sinif müəllimlərinin
təcrübəsinə və
şəxsi təcrübəyə
əsaslanaraq işlənməsi
nəzəriyyə ilə
təcrübənin əlaqəsindən
xəbər verir.
Müəllifin 40 ildən
artıq bir müddətdə Bakı
Pedaqoji Kadrların İxtisasartırma və Üenidən Nazırlanma,
Azərbaycan Müəllimlər
institutlarında
kurslarda mütəxəssislərə
və sinif müəllimlərinə, eləcə
də bakalavr və magistratura pillələrində gələcək
sinif müəllimlərinə
oxuduğu mühazirələr,
apardığı seminar, laborator
və praktik məşğələlər zamanı qazanılmış
nəzəri-metodik təcrübə
dərs vəsaitinin lazımi səviyyədə
hazırlanmasında əhəmiyyətli
rol oynamışdır.
Kitabda fiziki tərbiyənin müxtəlif ictimai quruluşlarda inkişaf tarixinə, milli fiziki tərbiyə sisteminə, anlayışlara,
onun təlim prosesinin elmi-nəzəri əsaslarına, prinsip və metodlarına, bədən tərbiyəsi
dərslərinin, sinifdənxaric
və məktəbdənkənar
işlərin təşkili
və keçirilməsinə
nəzər salınır. Sağlamlığında qüsuru olan şagirdlərin və azkomplektli məktəblərin,
ailədə uşaqların
fiziki tərbiyəsi şərh edilir, bu sahədə aparılan əlbir işin məzmunu, mahiyyəti, təşkili
formaları tədqiq olunur.
Dərs vəsaiti 3 bölmədən
və 10 fəsildən
ibarətdir. I bölmədə
Azərbaycanda bədən
tərbiyəsi və
idmanın qədim zamanlarda, sovet hakimiyyəti və müstəqillik illərində
inkişafına diqqət
yetirilir, bu gününə, gələcək
inkişaf perspektivinə
nəzər salınır.
Nabelə olimpiya oyunlarında
idmançılarımızın iştirakı və nailiyyətləri barədə
məlumat verilir, milli fiziki tərbiyə
sisteminin mahiyyəti, quruluşu və başlıca istiqamətləri
şərh olunur.
Bölmədə ibtidai sinif şagirdlərinin fiziki tərbiyə prosesinin elmi-pedaqoji-psixoloji, fizioloji
əsasları, məqsədi,
vəzifələri və
vasitələri də
yer alıb. Təlim prinsip və metodlarından səmərəli
istifadə imkanları,
onların əlaqəli
və həm də fəal metodların tətbiqi yolları nümunələr
əsasında əyaniləşdirilir.
Təhsil, təlim, tərbiyə
və bədən tərbiyəsindən anlayışlara
aid Azərbaycan və
xarici pedaqoqların münasibətləri təhlil
edilir və ümumiləşdirilir.
Fiziki tərbiyə
işlərinin əsas
təşkili forması
olan bədən tərbiyəsi dərslərinin
təşkili və keçirilməsinin mühüm
komponentləri, xüsusən,
dərsin xüsusiyyətləri,
məqsədi, vəzifələri,
quruluşu, hissələri,
təşkili formaları,
intensivliyi, fiziki yük, ev tapşırıqları,
kurikulum hərəki normativləri üzrə nəticənin hesablanması,
məşğələ yerinin
düzəldilməsi, ləvazimat
və avadanlıqla təchizi və s. də bu bölmədə
öz əksini tapıb.
2-ci bölmədə proqram üzrə öyrədilən
hərəkət növlərinin
xüsusi metodikasından
bəhs olunur. İlk növbədə,
əsas biliklərin mahiyyəti, məzmunu, onun mənimsədilməsinin
optimal yolları araşdırılır,
fiziki tərbiyə məşğələsində baş verə biləcək zədələnmə
və yaralanma zamanı ilk tibbi yardım və təhlükəsizlik qaydaları
göstərilir. Bundan əlavə,
ibtidai məktəb proqramı çərçivəsində
gimnastika, atletika, rəqs hərəkətləri,
kross hazırlığı
və mütəhərrik
oyunların, üzgüçülüyün
təlimi metodikasının
izahı verilir.
3-cü bölmədə isə şagirdlərin tədris-hərəki
gün rejimindən səhər gigiyenik gimnastikası, bədən
tərbiyəsi dəqiqəsi,
fasilələrdə əyləncə
və oyunların, idman bölmələrinin
təşkili metodikası
təqdim olunur. Eyni zamanda
uşaq-gənclər idman
məktəbində, uşaq
yaradıcılıq birliyi
və mədəniyyət
evlərində, istirahət
və milli parklarda, mənzil-istismar sahələrində, bələdiyyə
idarələrində fiziki
tərbiyə tədbirlərinin
məqsədi, məzmunu
və keçirilməsinin
əsasları açıqlanır.
Bu bölmədə, eləcə də şagirdlərin fiziki tərbiyəsində məktəbin
ailə və ictimaiyyətlə birgə
işinə, ailədə
uşaqların fiziki tərbiyəsinə xüsusi
yer ayrılmışdır.
Dərs vəsaitində pedaqoji fakültənin tələbələri və sinif müəllimlərinə kömək məqsədilə I-IV siniflər üçün mütəhərrik oyunlar, dərs nümunələri və onun icmal formalarının verilməsi nəşrin rraktik dəyərliliyini xeyli artırır. Dərs vəsaiti tələbələr və müəllimlər üçün əhəmiyyətlidir.
Y.ƏLİYEV
Azərbaycan müəllimi.- 2010.- 21 may.- S.7.