Azərbaycanda jurnalistika tədrisinin
inkişafına dair beynəlxalq konfrans
Mayın 20-də Bakı
Slavyan Universitetində
Avropa Şurasının "Azərbaycanda jurnalistika tədrisinin inkişafına
dəstək" layihəsi
adlı beynəlxalq konfrans keçirildi.
Tədbiri giriş
sözü ilə
BSU-nun rektoru,
professor Kamal Abdullayev açaraq bildirdi ki, son bir ildə AŞ-nin layihəsi çərçivəsində
tədris proqramının
yeniləşdirilməsi, modulların
hazırlanması istiqamətində
xeyli iş görülüb. Bu konfransı keçirmək zərurəti
görülən işləri
geniş media
ictimaiyyəti ilə
müzakirə etmək
ehtiyacından doğub.
Qeyd edildi ki, Avropa Şurasının
"Azərbaycanda jurnalistika
tədrisinin inkişafına
dəstək" layihəsi
ötən ilin mart ayından BSU-da BBS Dünya Xidməti tərəfindən gerçəkləşdirilir.
Layihənin əsas məqsədi Azərbaycanda
jurnalistika təhsilini
Boloniya prosesinin tələblərinə cavab
verə biləcək səviyyəyə
qaldırmaq və tədris proqramını təkmilləşdirməkdir.
Konfransda iştirak
edən təhsil nazirinin müavini Elmar Qasımov layihənin
başlanması münasibətilə qonaqları təbrik etdi və konfransın işinə uğurlar arzuladı.Sonra layihənin əhəmiyyətindən
danışan nazir müavini Elmar Qasımov Azərbaycanda jurnalistika sahəsində müasir dövrün tələblərinə cavab
verə biləcək
bəzi islahatların aparılmasından
da söz açdı.
Tədbirdə Avropa Şurasının Baş Katibinin Azərbaycandakı
xüsusi nümayəndəsi
xanım Veronika Kotek, BBS Dünya Xidməti meneceri xanım Ellie Havorth, Norveçin Azərbaycandakı səfiri
cənab Jon
Ramberq, Türkiyənin
Azərbaycandakı səfirliyinin
mətbuat katibi cənab Bülənt Uğur sözügedən layihənin
önəmliyindən danışdılar.
London Kommunikasiya
Kollecinin, Ankara Universitetinin
ekspertlərinin qatıldığı
konfransda yeni tədris planının layihəsi,
TV, radio, etika, yeni
media və fotojurnalistika fənləri
üzrə hazırlanmış
modullar müzakirə
olundu.İlk dəfə tədris planına seçim fənn kimi salınan fotojurnalistika modulunu BSU-da bir qrup tələbə
ilə sınaqdan keçirən Fulbrayt təqaüdçüsü Thomas Burns konfrans iştirakçıları
ilə təcrübəsini bölüşərək
tələbə jurnalistlərin fotosərgisini onların əməyinin ən böyük göstəricisi
olduğunu bildirdi. Həm də onu vurğuladı
ki, birgünlük konfrans bu gün
başa çatsa da, tələbələrin
fotosərgisi BSU-nun onillik
yubileyi çərçivəsində
may ayının sonuna
kimi nümayiş etdiriləcək.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.- 2010.- 21 may.- S.5.