Xüsusi istedada malik şagirdlərin son seçim
turu
26-27 may tarixlərində
Bakıdakı "
Seçim turu mayın 26-da şagirdlərin riyaziyyat fənni üzrə yarışa qoşulmaları
ilə açıldı. Mərasimdə təhsil naziri Misir Mərdanov iştirak edirdi.
Şagirdləri salamlayan təhsil naziri dərs ilinin sonunda belə bir tədbirdə
iştirak etməsindən
məmnunluq duyduğunu
bildirdi. Azərbaycan Respublikası Prezidentinin təhsilin inkişafı ilə bağlı 16 Dövlət Proqramı təsdiq etdiyini, həmin proqramlardan birinin istedadlı uşaqların seçilməsi
və onların inkişafına şərait
yaradılması ilə
bağlı olduğunu
deyən nazir bugünkü tədbirin də məhz həmin proqram çərçivəsində təşkil olunduğunu diqqətə çatdırdı.
Nazir bildirdi ki, istedadların
seçimi ilə bağlı tədbirlər
artıq üçüncü
ildir ki, həyata keçirilir və hər dərs ilinin sonunda yekun seçim
turu təşkil olunur.
Daha sonra nazir qeyd
etdi ki, seçim turu iki gün ərzində
riyaziyyat, fizika, kimya və biologiya
fənləri üzrə
aparılacaq. Riyaziyyat üzrə son seçim turunda VIII-X siniflərdə
təhsil alan
353 şagird iştirak
edir. Nazir turun 3 saat ərzində keçiriləcəyini,
həmin vaxtda şagirdlərin 50 tapşırıq
həll edəcəklərini,
cavabların münsiflər
heyəti tərəfindən
qiymətləndiriləcəyini açıqladı. Nazir bildirdi
ki, son seçim mərhələsinin tapşırıqları
istedadlı uşaqlara
hesablanıb. Onlar kifayət
qədər mürəkkəb
və xüsusi istedad tələb edən, eyni zamanda məntiqlə bağlı tapşırıqlardır.
Təhsil naziri maraqlı fakt kimi onu da
qeyd etdi ki, iştirakçılar
arasında 4-cü sinifdə
təhsil alan
şagird də var. O,
IX sinif şagirdləri
ilə birlikdə öz gücünü sınayır. Digər əsas bir məqamı
da diqqətə çatdıran Misir Mərdanov seçimdə
iştirak edən şagirdlərin sayının getdikcə
artdığını, builki
iştirakçıların sayının əvvəlki
2 ildəki iştirakçıların
birgə sayına bərabər olduğunu vurğuladı. Çıxışının sonunda nazir xüsusi istedada malik uşaqlar üçün nəzərdə
tutulan digər tədbirlərdən də
söz açdı və seçim turunun təşkilində
əməyi olanlara minnətdarlığını bildirdi, qarşıdakı
yarışda şagirdlərə
uğurlar arzuladı.
Seçim turu mayın 27-də başa çatıb.
Yusif ƏLİYEV
Azərbaycan
müəllimi.- 2010.- 28 may.- S.3.