"Uşaq hüquqları üzrə
pilləli tədris"
layihəsinə yekun vuruldu
Mayın 21-də Təhsil Nazirliyində "Uşaq hüquqları üzrə pilləli tədris" layihəsinin yekunlarına həsr olunan mərasim keçirildi.
Qeyd edək ki, "Uşaq hüquqları üzrə pilləli tədris" layihəsi Təhsil Nazirliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) və BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilib. Bu ilin əvvəlindən reallaşdırılan layihə Bakı şəhərində pilot olaraq seçilmiş 5, 31 və 207 nömrəli orta məktəbləri əhatə edib.
Layihə çərçivəsində şagirdlərə uşaq
hüquqları tədris
olunub. Məktəblilər
özlərindən aşagı
siniflərdə təhsil
alanlara mənimsədiklərini
öyrədiblər.
Tədbiri Azərbaycan
Respublikasının İnsan
Hüquqları üzrə
Müvəkkili (ombudsman) Elmira Süleymanova açaraq ölkəmizdə
uşaqların sağlam
böyümələri, hüquqlarının
qorunması və yüksək təhsil almaları ilə bağlı məsələlərin
müvafiq nazirlik və dövlət qurumlarının daim diqqət mərkəzində
olduğunu qeyd etdi. Elmira
Süleymanova ombudsmanın
vəzifələri barədə
iştirakçılara məlumat
verərək, respublikamızda
insan hüquqlarının
qorunması istiqamətində
görülən işlərdən
danışdı. Paytaxtın
3 orta ümumtəhsil
məktəbində reallaşdırılmış
"Uşaq hüquqları
üzrə pilləli
tədris" layihəsi
barədə ətraflı danışan
ombudsman bildirdi ki, tədris prosesində
"Uşaq hüquqları
üzrə pilləli
tədrislə bağlı
seçilmiş mövzular"
və "Uşaq hüquqları hamı üçün" adlı
dərs vəsaitlərindən
istifadə olunub. E.Süleymanova layihənin həyata
keçirilməsində onlara
dəstək olan təhsil naziri Misir Mərdanova öz təşəkkürünü
bildirdi.
Təhsil naziri Misir Mərdanov "Uşaq hüquqları üzrə pilləli tədris" layihəsinin əhəmiyyətindən söz açaraq bunun Azərbaycan təhsilində, məktəbində ilk addım olduğunu bildirdi.Nazir layihənin uğurla yekunlaşdırıldığını və şagirdlərin zəruri biliklər aldığını qeyd edərək, bu işin davamlı olacağına ümidvar olduğunu söylədi. Ölkəmizdə təhsil sahəsində mühüm işlərin görüldüyünü deyən nazir Misir Mərdanov əldə olunan nəticələrdən söz açdı.Qeyd olundu ki,ölkə başçısı cənab İlham Əliyev tərəfindən təhsilə xüsusi diqqət və qayğı göstərilir. Son illərdə 2000-dən çox yeni məktəb və tədris ocaqları üçün əlavə korpuslar inşa edilib, dərsliklər yeniləşib, təhsil müəssisələrinin İKT ilə təminat səviyyəsi yüksəlib. Nazir daha sonra Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın yaxından dəstəyi ilə uşaqların sağlamlıqları, yüksək təhsil almaları üçün yaradılan şəraitdən söz açdı, reallaşdırılan layihələrin uğurla həyata keçirildiyini qeyd etdi.
Nazir Misir Mərdanov çıxışının sonunda bütün şagirdləri, müəllimləri və məktəb rəhbərlərini təbrik edərək bildirdi ki, layihəni müvəffəqiyyətlə həyata keçirdiklərinə görə hər 3 məktəbə Təhsil Nazirliyi tərəfindən 10 kompüter hədiyyə verilməsi qərara alınıb. Layihə iştirakçılarına ən xoş istəklərini çatdıran nazir onlara nailiyyətlər arzuladı.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva uşaqların hüquq təhsilinə yönələn bu layihənin əhəmiyyətindən danışdı. Ölkəmizdə uşaq hüquqlarının qorunmasının, onların vətənpərvər ruhda tərbiyə olunmasının dövlət uşaq siyasətində başlıca məsələlərdən olduğunu bildirdi.
Bakıdakı 31 nömrəli məktəbin direktoru Şükufə Məmmədsalahova belə layihələrin təhsil müəssisələrimizin ictimailəşməsinə yardımçı olmaqla yanaşı, hüquqi biliklərin öyrənilməsi, bu sahədə müəyyən təcrübə əldə edilməsi baxımından çox səmərəli olduğunu dedi.
Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin nəzdində fəaliyyət göstərən Liderlik məktəbinin üzvləri - Bakıdakı 291 nömrəli "Ekologiya" liseyinin IX sinif şagirdi Nicat Əkbərov, 207 nömrəli məktəbin IX sinif şagirdi Gülay Həsənova tədbir iştirakçılarına təmsil olunduqları təşkilatın gördüyü işlər barədə məlumat verdilər.
Mərasimin sonunda "Uşaq hüquqları üzrə
pilləli tədris" layihəsində fərqlənən şagirdlərə
sertifikatlar və hədiyyələr, dərsin keçilməsinə
cəlb olunmuş
müəllimlərə,
eləcə
də
təşkilati məsələlərin həllində
yardımçı
olmuş
məktəb direktorlarına təşəkkürnamələr təqdim olundu.
Samirə HÜSEYNQIZI
Azərbaycan müəllimi.- 2010.- 28 may.- S.2.