Daha bir
məktəbdə VMA yaradıldı
Mayın 21-də Bakıdakı 42 nömrəli
orta məuktəbdə
Valideyn-Müəllim Assosiasiyasının
təsis konfransı keçirildi.
Tədbirdə çıxış
edən məktəbin
direktoru Firəngiz Həmidova qeyd etdi ki,
bu təşkilatın
yaradılmasında əsas
məqsəd valideyn və müəllimlərin
sıx əməkdaşlığı
vasitəsilə şagirdlərin
təlim-tərbiyəsinin faydalılığını
artırmaq, valideynlə
məktəb arasında
səmərəli ünsiyyət
yaratmaqdır. Qeyd olundu
ki, məktəbdə
yaradılan assosiasiya yüksək səviyyədə
qurulacaq, faydalı işlər görüləcək.
Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının
icraçı direktoru
Təranə Şərifova
çıxışında bildirdi ki, bu
gün məktəbdə
elə məsələlər
var ki, onu
nə valideyn məktəbsiz, nə də məktəb valideynsiz həll edə bilmir. Valideynlərin məktəblə əlaqəsinin zəif olması təlim-tərbiyəyə
mənfi təsir göstərir. Qeyd edildi
ki, bir çox
regionlarda YUNİSEF və
Təhsil Nazirliyi ilə birlikdə sorğu aparılıb.
Təranə xanım daha
sonra müəllim nüfuzundan da söhbət açdı.
Sonra açıq səsvermə
yolu ilə VMA-nın prezidenti məktəbin valideyni,
AMEA-nın İqtisadiyyat
İnstitutunun baş elmi işçisi Mübariz Bağırov seçildi. İdarə heyəti və
VMA-nın əsasnaməsi
təsdiq edildi.
Konfransda Bakı
Şəhəri üzrə
Təhsil İdarəsinin
əməkdaşları Sitarə
Məmmədova, Şəhla
Kərimova, Yaqut Məmmədova, MVMA-nın
eksperti Şahin Rəcəbov, Bakı şəhərindəki
9, 15, 111, 151, 152 və 292 nömrəli
məktəblərin direktorları,
valideynlər çıxış
edərək VMA-ya uğurlar dilədilər.
Ədalət DAŞDƏMİRLİ
Azərbaycan
müəllimi.- 2010.- 28 may.- S.18.