Tanınmış rejissorla görüş

 

Bakıdakı 193 nömrəli orta məktəbdə tanınmış rejissor Ziya Şıxlınski  ilə məktəbin pedaqoji kollektivi şagirdlərinin  görüşü keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Rahim Hüseynov açaraq  sənətkarın həyat yaradıcılığı barədə  məlumat verdi. Bildirdi ki, Azərbaycanın tanınmış rejissoru Ziya Şıxlınski  40 il bundan qabaq bu məktəbdə oxumuşdur.

Sonra söz qonağa  verildi. Ziya Şıxlınski məktəbdə oxuduğu müddətdə yaddaqalan xatirələrdən   hazırda  rejissorluq   fəaliyyətindən  ətraflı  danışdı. 

Həmin gün sənətkarın iştirakı ilə  XI sinif şagirdi Günel Həsənovanın rəsm əsərlərindən ibarət sərgiyə baxış da keçirildi. Məlum oldu ki, Günel Həsənovanın 150-yə qədər rəsm əsəri var. Arzusu Azərbaycan Rəssamlıq Akademiyasında oxumaqdır. "Dünya uşaqların gözü ilə" rəsm sərgisində iştirakına görə sertifikat alıb. Heydər Əliyev adına Müasir Təhsil Kompleksində keçirilən fotosərgidə iştirakına görə isə II yer tutub. Bugünkü  rəsm əsərlərində isə Bakı şəhərinin qədim guşələrindən olan İçərişəhər, Qız qalası və Novruz bayramına aid məqamlar təsvir olunurdu.

Sonda rejissor Ziya Şıxlınski Günel Həsənovanın rəsm əsərlərindən ibarət olan bu  sərgidən  razı qaldığını bildirdi. Məktəblilərin suallarına cavab verən qonaq onlarla xatirə şəkli çəkdirdi.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2010.- 28 may.- S.18.