Layiqli vətəndaş
yetişdirmək şərəfli
missiyadır
Cəmiyyət
üçün sağlam düşüncəli, savadlı,
elmli nəsil yetişdirmək şərəfli işdir. Bu
işin ağırlığını, məsuliyyətini hər
zaman çiyinlərində daşıyan müəllimlərdir.
Son illər Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət
və qayğısı nəticəsində ölkənin təhsil
sistemi sürətlə inkişaf edir. Bu diqqət və
qayğının uğurlu nəticələri
respublikamızın çoxsaylı təhsil ocaqlarında, o
cümlədən Bakı məktəblərində də
aydın hiss olunur. Müstəqillik yolu ilə inamla irəliləyən
ölkəmizdə gənc nəslin elmi biliklərə dərindən
yiyələnməsi, onların cəmiyyət
üçün layiqli vətəndaş kimi
formalaşması təhsil işçilərinin
qarşısında mühüm vəzifələr qoyur.
Ulu öndərimiz Heydər
Əliyevin əsasını qoyduğu fundamental təhsil
islahatları ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi
altında uğurla davam etdirilir. Son illər təhsil
quruculuğu sahəsində qazanılan nailiyyətlər
göstərir ki, ölkəmizdə milli təhsil siyasəti
düzgün yoldadır.
Rəhbərlik etdiyim
Bakıdakı Zaur Məmmədov adına 171 nömrəli
orta məktəbin pedaqoji kollektivi öz işinə məsuliyyəti
ilə seçilir. Təhsilə aid yeni layihələr məktəbimizdə
uğurla tətbiq olunur. Hazırda məktəbimizdə 1300 nəfər
şagird təhsil alır. Məktəbimizin binası əsaslı
təmir olunub. 300 nəfər şagirdimizə pulsuz məktəbli
forması hədiyyə etmişik. Təhsil
ocağının özünün geyim forması var.
Məktəbimizin idman
meydançası süni örtüklə örtülüb.
Çalışırıq ki, şagirdlərimizin
uğurları artsın, Vətənimiz, xalqımız
üçün layiqli vətəndaşlar yetişdirək. Məktəbin
ciddi intizam qaydaları var: şagirdlər dərsə
vaxtında gəlirlər. İntizam qaydalarını pozan
şagird barədə tədbirlər görülür. Təhsil
müəssisəsi müasir standartlara cavab verən
avadanlıqlarla təchiz olunub. Hər bir müəllim
şagirdini öz övladı qədər sevməli, onların
hər bir problemini öz problemi kimi qəbul edib, qayğı
göstərməlidir. Pedaqoji kollektivimiz fəaliyyətini məhz
bu prinsiplər əsasında qurmağa
çalışır.
İradə MURQUZOVA
Azərbaycan müəllimi.- 2010.- 28 may.- S.18.