Bir dərsin təəssüratları

 

Bu gün dünya təhsilinə inteqrasiya olunan Azərbaycan məktəblərində hər dərsi maraqlı səmərəli qurmağa çalışan müxtəlif fənn sinif müəllimləri çoxdur.  Yasəmən Bayramova 1996-cı ildə Bakı Pedaqoji Texnikumunu (Azərbaycan Dövlət Pedaqoji Kollecini) fərqlənmə diplomu ilə bitirib. Sumqayıt şəhər Uşaq Birliyinin rəhbəri kimi çalışıb. 1997-2000-ci illərdə Bakının Nəsimi rayonundakı 152 nömrəli tədris ocağında fəaliyyət göstərib. Artıq 10 ildir ki, 35 nömrəli məktəbdə (direktoru Rəna Naibovadır) sinif müəllimidir (O, Sumqayıt Dövlət Universiteti filologiya fakültəsinin (qiyabi)  sonuncu kurs tələbəsidir).

 

Həyat əmək fəaliyyətlə bağlıdır, deyiblər. Müəllimin mövcudluğu onun şagird varlığını nurlandıran dərsləridir; dərsləri tamamlayıb, dərinləşdirən müxtəlif sinifdənxaric, məktəbdənkənar tədbirləridir. Alim-müəllim ailəsində dünyaya göz açıb böyümüş Yasəmən Aslan qızı hər dərsə ciddi hazırlaşır, şagirdlərin bilik bacarıqlara yiyələnmələrinə səy göstərir, ənənəvi metodla interaktivliyin vəhdətində təlimi vəzifələri reallaşdırır. Bunu onun bir dərsinin nümunəsində təsvir təqdim edirik. II "C" sinfində Azərbaycan dilindən "Böyük hərflə yazılan sözlər" mövzusu keçilirdi. Keçmiş dərsi soruşub şagirdlərin bilik bacarıqlarını aşkara çıxaran müəllim yeni mövzunun tədrisinə başladı.

İkincilərə: - Uşaqlar, yer adları da böyük hərflərlə yazılır,  -  deyə məlumat verən Y.Bayramova aşağıdakı məzmunda sual-cavab apardı:

M.: - Hansı şəhərləri tanıyırsınız?

Ş.: - Bakı, Gəncə, Sumqayıt, Şəki, Lənkəran...

- Hansı ölkələrlə həmsərhədik?

- Gürcüstan, Rusiya, İran, Türkiyə, Ermənistan.

- Azərbaycanın paytaxtı hansı şəhərdir?

- Bakı.

- Azərbaycanın ikinci böyük şəhəri hansıdır?

- Gəncədir. Gəncə qədim şəhərdir. N.Gəncəvi, M.Gəncəvi, Cavad xan kimi məşhur şəxslər bu şəhərdə yaşamışlar.

Şagirdlərin cavablarından razı qaldığını bildirən müəllim:

- Heyvanlara verilmiş adlar da böyük hərflə yazılır. Məsələn: evin keşiyində duran itlərə hansı adlar qoyulduğunu bilirsiniz?

- Alabaş, Bozdar, Toplan...

- Atlara hansı adlar verilir?

- Qırat, Yelqanad, Alapaça, Tufan.

Şagirdləri qruplara bölən müəllim onlara vərəqləri payladı, qruplara adlar verildi.

I qrup "Şirvan", II qrup "Şuşa", III qrup  "Gəncə", IV qrup "Kəpəz" adlandırıldı.

Paylanmış vərəqlərə aşağıdakı məzmunda tapşırıqlar yazılmışdı:

I vərəq. Heyvanlara adlar verin.

II vərəq. Elə gül adları seçin ki, onlar həm insan adları olsun.

III vərəq. Hansı sözlər böyük hərflə yazılır, hansı kiçik hərflə?

Şəhər, salyan, oğlan, Xəzər, çay, Araz, kür, arif, bulaq, balakən, rayon, ölkə, türkiyə, inək, qaşqa, pişik.

Qrupların təqdimatından sonra müzakirələr başlandı.

Hər qrupun nümayəndəsi vərəqlərini təqdim etdi. Suallar cavablandırılıb müzakirə olundu, uşaqlara suallar verildi.

- Hansı söz yerindən asılı olmayaraq həmişə böyük hərflə yazılır?

A) Azad

B) Bayram

C) Babək

Tapşırığa aydınlıq gətirmək üçün sual verildi:

- Uşaqlar, azad sözü necə yazılır?

- İnsan adı kimi olanda böyük, azad olmaq mənasında işlənəndə kiçik hərflə yazılır.

Azad qapını döydü.

Hər insan azad yaşamaq istəyir, -  cümlələri üzrə başa çatandan sonra Bayram Babək sözlərinin böyük hərflə yazıldığı aşkara çıxarıldı.

Şagirdlər cavab verdilər ki, bayram sözü həm böyük, həm kiçik hərflə yazılır. İnsan adı böyük hərflə yazılır. Bayram günləri olanda isə kiçik hərflə yazılır.

Müəllimin: - Hansı bayramlar var, sualına cavab olaraq, 8 Mart Beynəlxalq Qadınlar Günü, Respublika Günü, Ramazan bayramları sadalandı.

Babək sözü həmişə böyük yazılır, çünki addır, - cavabını alan müəllim dedi:

- Babək qəhrəman olub. 812-ci ildən ərəblərə qarşı vuruşub, 837-ci ildə onu edam etdilər. İllər keçsə xalqımız Babəki unutmur. Qəhrəmanlar daim yaşayırlar. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: Vətən, torpaq yolunda özünü qurban verənlərin xatirəsi qəlbimizdə daim yaşayacaq, onların şücaəti Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılacaqdır.

Sonrakı test üzrə üç söz vardı. İkincilər Türkiyə, Qərənfil, Fatma sözlərinin düzgün yazılışını tapmalı idilər.

Müəllim şagirdlərə xatırlatdı ki, Türkiyə bizimlə dost, qardaş bir dövlətdir. Biz bir millət, iki dövlətik. Şagirdlərdən biri:

 

Bir millətik, iki dövlət,

Eyni arzu, eyni niyyət.

Hər ikisi Cümhuriyyət

Azərbaycan-Türkiyə.

 

Bir ananın iki oğlu,

Bir ananın iki qolu,

O da ulu, bu da ulu

Azərbaycan-Türkiyə,

 

-  bəndlərini söylədi.

Müəllimin sorğusuna şagirdlər cavab verdilər ki, qərənfil həm gül, həm insan adıdır.

Yasəmən Bayramova məlumat verdi: - Uşaqlar, qərənfilə həm şəhid gülü deyirlər. 1990-cı ildə sovet qoşunları çoxlu azərbaycanlı şəhid etdilər. Xalqımız onların şəhid olduqları, dəfn edildikləri yerə çoxlu qərənfillər qoyurlar.

Dərsin maraqlı məqamlarından biri oyun idi. Müəllim lövhədən misallar yazılmış plakat asdı. Şagirdlərə bildirdi ki, bu oyun zamanı həm riyazi qabiliyyətiniz inkişaf edəcək, həm işğal olunmuş rayon adları, bayram adları qeyd olunacaq.

1) 50-20-21=9

Ş.: -  9 May Qələbə bayramıdır.

2) 40-30-2=8

Ş.: - 8 Mart Beynəlxalq Qadınlar Günüdür.

Ş.: - 8 may 1992-ci il Şuşanın işğal olunduğu gündür.

3) 100-50-32=18

Ş.: - 18

may Laçın rayonunun işğal olunduğu gündür.

Ş.: - 18 oktyabr Dövlət Müstəqilliyi Günüdür.

4) 30-0-15=15

Ş.: - 15 iyun Milli Qurtuluş Günüdür.

Ş.: - 15 sentyabr Bilik Günüdür.

5) 14+10-3=21

Ş.: - 21 mart Novruz bayramı günüdür.

Cavablardan razı qaldığını bildirən müəllim mövzu ilə bağlı ümumiləşdirmə apardı:

- Uşaqlar, biz bu gün ad bildirən bəzi sözlərin böyük yazılmasını öyrəndik. Yerindən asılı olmayaraq adlar, soyadlar, yer adları, su mənbələrinin adları böyük hərflə yazılır. Bunlar xüsusi isimlərdir.

Sadəcə təsvirini verdiyimiz dərsin təlimi nəticələri növbəti dərsdə şagird cavablarında, yerinə yetirilmiş çalışmada özünü göstərdi. Statistik faktlar mövzunu şagirdlərin 95 faizinin yaxşı mənimsədiyini təsdiq etdi.

 

 

Elman ƏBDÜLOV

 

Azərbaycan müəllimi.- 2010.- 28 may.- S.19.