Bağça uşaqlarının
bayram sevinci hədsiz idi
28 May Respublika günü ölkəmizdə rəsmi
dövlət bayramı
kimi çoxdan qeyd olunsa da,
Bakının Sulutəpə
yaşayış sahəsində
yerləşən 328 nömrəli
körpələr evi-uşaq
bağçasının kollektivi
onu ikinci ildir ki, keçirir.
Axı bu təhsil müəssisəsinin özü
cəmi 1 il 9 aydır fəaliyyət göstərir. 2008-ci il avqustun 1-də açılmış
və qəsəbədə
yeganə olan 11 qrupluq bu bağçanı
sakinlər dövlətimizin
onların balalarına
göstərdiyi diqqət
və qayğısının
bariz nümunəsi kimi qiymətləndirirlər.
Bu fikir mayın 25-də bağçada keçirilən bayram şənliyində də bir daha vurğulandı. Şənliyə xüsusi hazırlıq görülmüş, onun maraqlı keçməsi üçün zəngin məzmunlu ssenari, uşaqlar üçün xüsusi bayram geyimləri hazırlanmışdı. Körpələrin bayram sevincini bölüşməyə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən, Binəqədi rayonunda yerləşən digər uşaq bağçalarından qonaqlar, valideynlər də gəlmişdi.
Bayramın ruhuna uyğun bəzədilmiş musiqi zalında keçirilən mərasimi bağçanın müdiri Rəna Ələkbərova açaraq uşaqları və qonaqları 28 May Respublika günü münasibəti ilə təbrik etdi, ötən iki ilə yaxın müddətdə görülmüş işlər, həyata keçirilən tədbirlər barədə məlumat verdi.
Sonra əllərində dövlət bayraqları tutmuş uşaqlar musiqi sədaları altında zala daxil olub, xorla Dövlət himnimizi ifa etdilər. Bir neçə uşaq "Azərbaycan, azadlığın mübarək" şeirini bənd-bənd söylədi, sonra xor "Can, Azərbaycan" mahnısını təqdim etdi.
Tədbirin aparıcısı, tərbiyəçi Mətanət Sərxanova Respublika günü barədə məlumat verərək, müstəqilliyimizin möhkəmlənməsində, ölkəmizin inkişafında ümummilli lider Heydər Əliyevin rolundan, xalqımız qarşısındakı xidmətlərindən danışdı. Onun çıxışının davamı kimi bağçanın istedadlı uşaqları vətənimizə, ulu öndərimizə həsr olunmuş şeirlər söylədilər. Balaca istedadların torpağın müqəddəsliyi mövzusunda nağıl əsasında göstərdikləri səhnə, əllərində qılınc tutmuş uşaqların "Əsgər marşı"nın sədaları altında rəqsi, bağçanın "İncilər" rəqs qrupunun çıxışları mərasim iştirakçılarında xüsusilə xoş ovqat yaratdı.
Daha sonra aparıcı ordumuzdan, vətənimizin keşiyində dayanan igid əsgərlərdən söz açdı, uşaqlar onun çıxışını qəhrəmanlıq ruhlu şeirlərlə, nəğmələrlə davam etdirdilər.
Balaca Ayxan öz məharətli rəqsi ilə hamını valeh etdi.
Körpə fidanların yüksək istedadla nümayiş etdirdikləri bədii bayram proqramı xorun ifasında "Yaşa, yaşa, Azərbaycan!" mahnısı ilə başa çatdı.
Tədbirdən bütün iştirakçılar zövq aldılar, balacaların isə sevincinin həddi-hüdudu yox idi.
Uşaqların çıxışları başa çatdıqdan sonra qonaqlar öz təəssüratlarını bildirdilər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Leyla İmanova, idarənin əməkdaşları Tamila Allahverdiyeva, Südabə Abdullayeva, bağça müdirləri çıxışlarında bayram tədbirini, uşaqların ifalarını yüksək qiymətləndirib, bağçada uşaqların məktəbə hazırlanması, bədii-estetik tərbiyəsi sahəsində səmərəli iş aparıldığını, valideynlərlə sıx əlaqə yaradıldığını vurğuladılar, bu işlərdə əməyi daha çox olan metodist Sona Niftəliyevanın, musiqi rəhbəri Vüsalə Babayevanın, tərbiyəçilər Təranə Əhmədovanın, Nurlan Aslanovanın, Nəcibə Məmmədovanın yaradıcı fəaliyyətini, onları bu fəaliyyətə həvəsləndirən və istiqamətləndirən bağçanın müdiri Rəna Ələkbərovanın təşkilatçılıq bacarığını təqdir etdilər. Bağçada gənc tərbiyəçilərdən ibarət yaradıcı, təşəbbüskar kollektivin fəaliyyət göstərdiyi qeyd olundu və kollektivə gələcək işlərində daha böyük uğurlar arzulandı.
Yusif ƏLİYEV
Azərbaycan
müəllimi.- 2010.- 28 may.- S.18.