Bərdə Füzuli rayonlarında treninqlər keçirilib

  

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ekologiya Təbii Sərvətlər Nazirliyi  Almaniyanın  GTZ  Təşkilatının  dəstəyi iştirakı ilə  Davamlı İnkişaf Cəmiyyəti  müəllim şagirdlər arasında vaxtaşırı olaraq  bilgilənmə işləri aparır. Cəmiyyətin xətti ilə 22 may Ümumdünya  Biomüxtəliflik   günü    cari ilin ölkəmizdə  "Ekologiya  ili" elan olunması  ilə əlaqədar  mayın 17 19-da  Bərdə Füzuli rayonlarında  "Biomüxtəlifliyin  Davamlı  İdarə Olunması  Cənubi  Qafqazda  Texniki  Əməkdaşlıq  Proqramı" layihəsi çərçivəsində müəllim şagirdlər üçün treninqlər keçirilib. Sözügedən layihədə məqsəd  Cənubi  Qafqaz ölkələrində  biomüxtəlifliyin   davamlı idarə olunması üçün mühitin  yaradılmasına  kömək etməkdir. Layihə habelə orta məktəb müəllim şagirdlərinin ekoloji biliklərinin artırılmasını, əhalinin ekoloji maarifləndirilməsini ekoloji mədəniyyətin  formalaşdırılmasını  nəzərdə tutur.

Mayın 17-də  Bərdə rayonundakı  Zərifə Əliyeva adına  texniki fənlər təmayüllü məktəb-liseydə,  mayın 19-da isə Füzuli rayonunun Əhmədbəyli kəndində yerləşən RTŞ-ın  akt zalında keçirilmiş treninqləri  milli məsləhətçi, Bakıdakı 204 nömrəli məktəbin müəllimi Almaz Həsrət və Ekologiya və Təbii Sərvətlər Nazirliyi   Ornitologiya  şöbəsinin mütəxəssisi  Əbülfət  Səmədov aparıblar. Uğurla keçən seminarda  Bərdə Füzuli rayonlarının təhsil işçilərinə  22 may Biomüxtəliflik günü ilə  əlaqədar  təlim vəsaitləri paylanıb.

 

 

S.SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2010.- 28 may.- S.6.