Heydər Əliyev Fondunun təşəbbüsü ilə Goranboyda daha bir məktəb binası inşa olunur

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Goranboyda daha bir məktəb binasının tikintisinə başlanılmışdır.

Goranboy şəhər 3 nömrəli orta məktəbi üçün inşa edilən binanın cari ilin sentyabrında istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Rayon təhsil şöbəsindən AzərTAc-a verilən məlumata görə, bu, Azərbaycanda təhsilin inkişafına daim diqqət qayğı göstərən Heydər Əliyev Fondunun təşəbbüsü ilə Goranboy rayonunda inşa edilən altıncı məktəb binasıdır. 420 şagird yerlik bu təhsil ocağı da əvvəlkilər kimi yüksək  keyfiyyətlə    sürətlə  tikilir.

Hazırda Təhsil Nazirliyi tərəfindən Goranboy rayonunun Rus Borisi kənd orta məktəbi, daxili imkanlar hesabına isə Azad kənd ibtidai məktəbi üçün yeni binalarda inşaat işləri uğurla aparılır. Yaxın vaxtlarda isə Tatarlı kənd orta məktəbi üçün yeni binanın tikintisinə başlanacaqdır.

 

 

  Azərbaycan müəllimi.- 2010.- 28 may.- S.7.