Mütəxəssislər dərslərdən
razı qalıblar
Fənn kurikulumlarının tətbiqi
mərhələsində Bərdə
rayon ibtidai sinif müəllimləri də
təlimi günün
tələbləri əsasında
təşkil və yüksək nəticələr
əldə etməyə
çalışırlar. Onların fəaliyyətindəki
ən uğurlu məqamları dərindən
öyrənmək və
təhsil ictimaiyyətinə
çatdırmaq məqsədilə
Azərbaycan Müəllimlər
İnstitutunun əməkdaşları
Zöhrə Əliyeva
və Solmaya Əmirəliyeva Bərdə
rayonunun 8 nömrəli
şəhər orta məktəbində olmuşlar.
Bu təhsil ocağında dörd I sinif və dörd II sinif şagirdləri təhsil alır. AMİ-nin əməkdaşları
tərəfindən bu siniflərdə 3 gün müddətində
11 saat dərs dinlənilib, müzakirələr
aparılıb, müəllimlərə lazımi məlumatlar,
materiallar və metodik tövsiyələr verilmişdir. Birinci
gün müəllimlərin iştirakı ilə konfrans keçirilmişdir.
Məktəbin ən fəal müəllimlərindən
Könül Quliyeva, Mətanət Məmmədova,
Leyla Rüstəmova, Roza İbrahimova, Rüxsarə Mirzəyeva və Nərgiz Həsənovanın dərsləri
dinlənilmişdir. Ezam olunmuş mütəxəssislər
tərəfindən çox bəyənilmiş dərslərin
videoçəkilişi elektron variantda AMİ-nin fonduna (DVD) təqdim
olunmuşdur.
Azərbaycan müəllimi.- 2010.- 28 may.- S.7.