Tələbənin fərdi yaradıcılıq sərgisi

 

Naxçıvan Dövlət Universitetinin Konservatoriyasında incəsənət fakültəsinin II kurs tələbəsi Cəlal Rzayevin  fərdi yaradıcılıq sərgisinə ümumi baxış keçirilmişdir.  Sərgidə gənc rəssamın müxtəlif janrlarda çəkdiyi əsərlər nümayiş olunmuşdur. Sərgiyə tamaşa edən universitetin rektoru, akademik İsa Həbibbəyli  belə mədəni tədbirlərin   istedadlı  tələbələrin  yaradıcılıq  potensialının üzə çıxarılmasına xidmət etdiyini vurğulamışdır. Təsviri incəsənət kafedrasının  müəllimi, əməkdar  incəsənət  xadimi, Naxçıvan MR-in əməkdar rəssamı Ülviyyə Həmzəyeva rəssam-tələbəyə yaradıcılıq uğurları diləmişdir. Müəllif öz çıxışında ürək sözlərini çatdırmış,  diqqət qayğıya görə minnətdarlığını ifadə etmişdir.

Gənc rəssamın fəaliyyətini və sənət əsərlərini əks etdirən slayd da tədbirə gələnlərin  marağına səbəb olmuşdur. 

 

 

Nərmin CƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2010.- 28 may.- S.6.