"Ekoloji menecment: gələcəyin strategiyasını müəyyənləşdirərkən" mövzusunda simpozium

  

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Diskussiya Klubu"nun təşkilatçılığı ilə "Ekoloji menecment: gələcəyin strategiyasını müəyyənləşdirərkən" mövzusuna həsr olunmuş simpozium keçirildi. Simpoziumda çıxış edən DİA-nın "Diskussiya Klubu"nun sədri Tamerlan Dəmirbəyli respublikamızda ekoloji menecment sahəsinin menecer-ekoloq ixtisasının inkişaf etdirilməsinin əhəmiyyətindən söhbət açdı. Daha sonra Ekologiya Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi, Dövlət İdarəçilik Akademiyasının professoru Mehman Axundov, Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun eksperti Sadiq Rzayev məruzə ilə çıxış etdilər. Sonda "Ekoloji menecment" mövzusunda esse müsabiqəsinin nəticələri elan olundu. DİA-nın tələbələrindən Sevda Hüseynova I, Günay Əzizova II, Kənan Muradov III yerə layiq görüldülər.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2010.- 28 may.- S.7.