Ədəbi-bədii kompozisiya
Bu günlərdə
Bakıdakı 124 nömrəli
orta məktəbin VII
"C" sinif şagirdləri
C.Cabbarlının anadan
olmasının 111 illiyi
münasibətilə ədəbi-bədii
kompozisiya keçirdilər.
Tədbirdə böyük
sənətkarın həyat
və yaradıcılığına
bir daha nəzər salındı.
Şagirdlərdən Aygünün söylədiyi
"Ana", Nərgizin ifa etdiyi "Mən bir susmaz
duyğuyam" və başqa şeirlər maraqla
qarşılandı. "Tellər oynadı", "Ölkəm"
mahnılarını Sona, Nərgiz və Nəzrin məharətlə
ifa etdilər.
Tədbirdə habelə C.Cabbarlının
"Sevil" pyesindən və bir neçə dram əsərindən
fraqmentlər təqdim olundu. Şagirdlərdən Xəyal,
Arzu, Tural, Elmin, Kamran, Seyran və
başqaları da maraqlı çıxışları ilə
yadda qaldılar.
Sonda tədbiri hazırlayan VII "C" sinfinin rəhbəri
Ofelya Baxşəliyeva, məktəbin tərbiyə işləri
üzrə direktor müavini Sevinc Atayeva və başqaları
C.Cabbarlı yaradıcılığından söz
açdılar.
Zülfiyyə NİFTALIYEVA
Azərbaycan müəllimi.- 2010.- 28 may.- S.23.