Zərdabi kənd orta məktəbi Qubanın nümunəvi təhsil ocaqlarındandır
Bayram Şıxəmirov
adına Zərdabi kənd orta məktəbinin adı Quba rayonunun ən yaxşı təlim-tərbiyə ocaqları
sırasında çəkilir.
Əsası 1938-ci ildə
qoyulmuş bu məktəbi hər il yüzlərlə şagird bitirərək öz təhsillərini respublikamızda
və onun hüdudlarından kənarda
uğurla davam etdirir.
Hazırda məktəbimizdə 717 nəfər şagird təhsil alır ki, onların da təlim və tərbiyəsi ilə 70-ə yaxın müəllim məşğul olur. Hər il məktəbimizin şagirdləri rayon və respublika olimpiadalarında iştirak edirlər. Təkcə onu demək kifayətdir ki, bir neçə il bundan öncə fizika fənni üzrə İndoneziyada qızıl, Tayvanda isə gümüş medala layiq görülmüş gənc bizim məktəbin yetirməsi Aqşin Heybətovdur.
Bu gün müasir təlim metodları ilə işləyən Zərdabi kənd orta məktəbinin pedaqoji kollektivi Milli Təhsil Konsepsiyasını rəhbər tutaraq təlimin keyfiyyətini daha da yüksəltməyə çalışır. Kurikulumla əlaqədar məktəbimizin müəllimləri tez-tez müxtəlif kurslarda iştirak edirlər. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqinə məktəbimizin pedaqoji kollektivi daha geniş yer ayırır. Sevinclə deyə bilərəm ki, məktəbimizdə siniflər arasında keçirilən bilik yarışları, fənn gecələri, disputlar, interaktiv təlim metodlarından istifadə, habelə tədris disklərinin nümayişi ümumilikdə təlimin keyfiyyətinin artmasına təsir göstərən amillərdəndir.
Məktəbimizdə təlim-tərbiyə işinə, intizam məsələlərinə gündəlik diqqət yetirilir, müəllimlərlə, şagirdlərlə və valideyn assosiasiyası ilə mütəmadi əlaqə saxlanılır.
Zərdabi kənd orta məktəbində dərslərində müasir təlim metodlarından istifadə edən yenilikçi gənc müəllimlərimiz çoxdur. Onlardan tarix müəllimi Tamella Həsənovanı, biologiya müəllimi Nərgiz Quliyevanı, kimya müəllimi Aynur Vəliməmmədovanı, Azərbaycan dili və ədəbiyyatı müəllimi Rəna Bünyadovanı, Tamella Əhmədovanı, riyaziyyat müəllimi Cəbrayıl Babayevi və başqalarını misal göstərmək olar.
Son vaxtlar məktəbimizdə yaranmış yaxşı bir ənənəni də sevinclə qeyd etmək istərdim. Belə ki, məktəbimizin sinif otaqları, fənn kabinetləri müəllimlərimizin və şagirdlərin yaxından köməyi ilə əyani vəsaitlərlə zənginləşdirilir. Ayrı-ayrı fənlər üzrə keçirilən "açıq dərs"lərin geniş müzakirəsi qabaqcıl iş təcrübəsinin öyrənilməsinə və yayılmasına xidmət edir. Bu gün məktəbimizdə oxuyan şagirdlərin vətənpərvərlik, Vətənə sədaqət ruhunda tərbiyə olunması istiqamətində də mühüm işlər aparılır.
Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin irsi ilə şagirdlərimizi
Rayon və respublika idman yarışlarında da Zərdabi kənd orta məktəbinin şagirdləri layiqli yer tuturlar. Fəxrlə deyə bilərəm ki, Şərq idman növləri üzrə Azərbaycan çempionları və dünya birinciliyinin mükafatçıları sırasında bizim məktəbin idmançıları da vardır. Bunlardan E.Ələsgərovu, R.Əmraslanovu, X.Xalıqovu, Ü.Daşdəmirovu, N.Rüstəmovu və başqalarını misal göstərmək olar.
Yeri gəlmişkən, onu da xatırladım ki, məktəbimizin idman zalı əsaslı təmir olunmuş və burada tez-tez müxtəlif idman yarışları keçirilir.
Bu gün Quba rayonunun nümunəvi məktəblərindən sayılan Zərdabi kənd orta məktəbinin pedaqoji kollektivi öz işini müasir tələblər səviyyəsində qurmağa çalışır. Bunun üçün biz həm valideynlərlə, həm də ictimaiyyətlə sıx əlaqə saxlayırıq.
Ayaz ƏMİRASLANOV
Azərbaycan müəllimi.- 2010.- 28 may.- S.19.