İntellektual əyləncəli
idman yarışı
Bakıdakı 27 nömrəli məktəbdə "Şən startlar" intellektual, əyləncəli idman yarışı keçirilib. Tədbir məktəbin fiziki tərbiyə müəllimi Emil Qaybalıyev tərəfindən hazırlanmışdır.
Tədbirdə məktəbin direktoru Cəmilə Ramazanova, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, fiziki tərbiyə müəllimləri, fəxri qonaq British Council "Beynəlxalq idman həyəcanı" layihəsinin meneceri Rəna Yusifova iştirak etmişdilər.
Tədbirin əsas məqsədi şagirdlərda orqanizmin müxtəlif funksional sistemlərinin inkişafı və formalaşmasında fiziki tərbiyənin rolu və əhəmiyyəti idi. Şagirdlər göstərdikləri müxtəlif idman hərəkətləri ilə bir daha sübut etdilər ki, onların ilkin hazırlığı vacibdir və müxtəlif idman növləri ilə məşğul olmaq şagirdlərin həyat fəaliyyətinə hazırlanmasında önəmli yerlərdən birini tutur.
Tədbirin sonunda çıxış edən məktəbin direktoru Cəmilə xanım təşkilatçı Emil Qaybalıyevə və bütün iştirakçılara tarixi Azərbaycan torpaqlarının işğal olduğu bir zamanda belə bir tədbir keçirilməsinin aktual olduğunu bildirdi və vurğuladı ki, bu tipli tədbirlər gələcəyin aşkar olacaq şagird kontingentinin fiziki hazırlığının yüksək səviyyədə olmasına xidmət edir.
Tədbirin qaliblərinə fəxri fərmanlar və hədiyyələr təqdim olundu.
Azərbaycan müəllimi.- 2010.- 28 may.- S.23.