"Təhsil" jurnalının növbəti nömrəsi işıq üzü görüb

 

Aprel ayında təhsil naziri Misir Mərdanovun əmri ilə "Azərbaycan müəllimi" qəzetinin şöbə redaktoru Malik Novruzov "Təhsil" jurnalının baş redaktoru təyin edilib.

"Azərbaycan müəllimi" qəzetində 35 il fasiləsiz fəaliyyət göstərən Malik Novruzov işlədiyi müddətdə "Qızıl qələm" və "Kamil sənətkar" media mükafatlarına, "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb. Təhsil işçilərinin həyatından bəhs edən 8 publisist kitabın müəllifidir.

Malik Novruzovu bu münasibətlə "Azərbaycan müəllimi" qəzetinin əməkdaşları təbrik edir və onun təcrübəli jurnalist kimi bu etimadı doğruldacağına inanır, "Təhsil" jurnalının oxunaqlı və nəfis şəkildə dərc ediləcəyinə ümid bəsləyirlər.

Bu günlərdə "Təhsil" jurnalının növbəti nömrəsi işıq üzü görüb. Jurnalın bu nömrəsində "Heydər Əliyev milli varlığımızı qoruyub saxladı", "Təhsil Nazirliyində yeni şöbə yaradılıb", "Şərqdə opera sənətinin banisi", "Qələbə-65", "Şərqdə ilk demokratik respublika", "Akademik Zərifə Əliyevanın adını daşıyan məktəbdə", "Ən yüksək reytinqə malik özəl universitet" başlıqları altında məqalələr digər maraqlı yazılar dərc edilib.

Hörmətli oxucular, təhsillə bağlı sizi maraqlandıran bu və ya digər məsələ və problemlərlə, şagirdin, məktəbin, müəllimin orta və ali elm ocaqlarının fəaliyyəti haqqında rəngarəng yazılarla tanış  olmaq  istəyirsinizsə  "Təhsil" jurnalına abunə olmağı unutmayın.

 

 

Azərbaycan müəllimi.- 2010.- 28 may.- S.7.