Təbiəti qorumaq hamının borcudur

 

Mayın 21-də Bakıdakı 239 nömrəli orta məktəbdə ENO "Ətraf mühit peyki" proqramı çərçivəsində tədbir keçirildi. Tədbirdə məktəbin müəllim-şagird kollektivi ilə bərabər, Heydər Əliyev Fondunun, Səbail Rayon İcra Hakimiyyətinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sədaqət Əzimova qonaqları salamlayaraq belə tədbirlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirdi. Bildirildi ki, ENO, yəni "Ətraf mühit peyki" layihəsi əsasında həyata keçirilən bu proqrama dünyanın 150 ölkəsindən 5 mindən çox məktəb qoşulub. Layihəyə əsasən bu gün biz məktəbin həyətində kənarında müxtəlif ağac bitki kolları əkməyi planlaşdırmışıq.

Çıxış edənlər belə layihələrin şagirdlərə və gənclərimizə müsbət təsir etdiyini bildirdilər. Qeyd edildi ki, təbiəti qorumaq, ona zərər yetirməyə çalışanlarla daim mübarizə aparmaq hamının vətəndaşlıq borcudur.

Tədbir şagirdlərin və müəllimlərin  birlikdə ağac əkməsi ilə başa çatdı.

 

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2010.- 28 may.- S.11.