"Vətən mənim, Vətən sənin, bizlər isə bu Vətənin"
Bakıdakı 164 nömrəli orta məktəbdə "Vətən
mənim, Vətən
sənin, bizlər isə bu Vətənin"
adlı ədəbi-bədii musiqili
tədbir keçirildi.
Giriş sözü ilə tədbiri açan ibtidai sinif müəllimi Sevinc Məcidova qonaqları salamladıqdan,
Vətən
anlayışı haqqında uşaqlara geniş məlumat verdikdən sonra sözü aparıcılara
verdi. Tofiq Quliyevin "Vals"
rəqsinin sədaları
altında səhnəyə
daxil olan aparıcılar
məktəbin bir il ərzində qazandığı uğurları sözdə yox,əyani göstərmək
istədiklərini bildirdilər.
Şagirdlərin nümayiş etdirdikləri rəngarəng səhnəciklər,
vətənpərvərlik mövzusunda söylədikləri
şeirlər, ifa
etdikləri
milli rəqslər,
oxuduqları "Kəndimiz",
"Qurban olum, Azərbaycan" mahnıları,
"Qarabağ şikəstəsi"nin
xoş sədaları,
dahi Üzeyirin "Uvertüra"sının səslənməsi iştirakçılarda
xoş ovqat yaratdı...
Sonda məktəbin
direktoru Kəmalə
Qədirova çıxışında məşhur bir kəlamı xatırlatdı: "O xalq xoşbəxtdir ki, onun yaxşı müəllimləri var".
O, yaradıcı, qabaqcıl
müəllimlər Sevinc
Məcidova və Təranə Bağırovanın
hazırladıqları tədbiri yüksək qiymətləndirdi.Bakı Şəhəri
üzrə
Təhsil İdarəsi
Metodmərkəzinin direktor müavini Sitarə Məmmədova isə belə tədbirlərin şagirdlərin
təlim-tərbiyəsinə müsbət təsir göstərdiyini
vurğuladı.
Sifai SƏFƏROVA
Azərbaycan müəllimi.- 2010.- 28 may.- S.23.