Almaz İldırımın
yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə
Bakıdakı Bağça-məktəb-lisey kompleksində şair Almaz İldırımın yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirildi.
Tədbiri gecənin təşkilatçısı dil-ədəbiyyat müəllimi Həbibə Sarıbəyli açdı. Unudulmaz şair haqqında danışan dil-ədəbiyyat müəllimi Kəmalə İsayeva qeyd etdi ki, Almaz İldırım cəmi 45 il ömür sürüb. O, sözün əsl mənasında, Vətən həsrəti ilə yazıb yaradan şair olmuşdur. İstiqlal şair Almaz İldırım ömrünün sonuna kimi Əhməd Cavadı özünə ustad bilmişdir.
Çıxışlarda bildirildi ki, sürgün həyatı yaşayan Almaz İldırım həmişə öz vətəni Azərbaycanın müstəqilliyinə inanmışdır.
Ədəbi-bədii gecədə V sinif şagirdləri Aydın Cəfərli, Fidan Həsənzadə, Çingiz İsmayılov, Günel Fərəczadə və başqalarının iştirakı ilə Almaz İldırımın yaradıcılığına aid ədəbi-bədii kompozisiya göstərildi və şairin şeirləri söylənildi.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.- 2010.- 28 may.- S.17.