Koreyalı gənclər heyranlıqlarını gizlətmədilər

 

Mayın 14-də Azərbaycan Dillər Universitetində koreyalı gənclərin ölkəmizə səfəri çərçivəsində tələbələrlə görüş keçirildi. Görüşdə Azərbaycan Respublikası Gənclər İdman Nazirliyinin nümayəndələri, ADU-nun Koreya dili kafedrasının koreyalı müəllimləri iştirak edirdilər.

 Koreyalı qonaqların ADU-da görüşünün əsas məqsədi azərbaycanlı tələbələrlə Azərbaycanın təhsil mühiti ilə yaxından tanış olmaq idi. Görüş zamanı koreyalı gənclər ADU tələbələri ilə fikir mübadiləsi apararaq Koreya Azərbaycan təhsil sistemləri haqda müzakirələr apardılar. Sonra koreyalı qonaqlar azərbaycanlı dostlarına hədiyyələr təqdim etdilər.

Tədbirin sonunda koreyalı gənclər ADU İnformasiya Resurs Kompleksi ilə yaxından tanış oldular, eləcə ADU Folklor mərkəzinin Azərbaycan mədəniyyətini əks etdirən əl işləri milli geyimlərinə öz heyranlıqlarını bildirdilər.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2010.- 28 may.- S.16.