Xeyirxah insan, yenilikçi alim
Nəyatın mənası
yaşanan illərin sayında deyil, onun necə
yaşanmasındadır. Bu mənada 2010-cu il mayın 28-də
ömrünün 60-cı baharına qədəm qoyan redaqoyi
elmlər doktoru, rrofessor, Pedaqoyi və Sosial Elmlər
Akademiyasının (Moskva) həqiqi üzvü Akif Nurağa
oğlu Abbasov xoşbəxt ziyalılarımızdandır.
Yorulmaz tədqiqatçı, xeyirxah insan, yenilikçi alim resrublika redaqoyi ictimaiyyəti arasında dərin hörmət qazanmış, mənalı ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr etməklə kifayətlənməmiş, gərgin əməli və elmi fəaliyyəti ilə redaqogika elminin inkişafına yeni töhfələr vermişdir. O, resrublikamızda baş verən ictimai-siyasi hadisələrə həmişə öz münasibətini bildirmiş, Qarabağ hadisələrinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, Sumqayıt hadisələrinin əsl mahiyyətinin açılmasında fəal vətəndaş mövqeyində durmuş, bu hadisələrin mahiyyətinin dərslik və dərs vəsaitlərinə daxil edilərək gənc nəslə çatdırılmasında səmərəli fəaliyyət göstərmişdir.
Novator alim, professor Akif Abbasov ailə, irsiyyət, mühit, tərbiyə və kamil insan arasındakı qarşılıqlı əlaqələrdə özünü göstərən qanunauyğunluqları açmaqla tədris-təlim və təhsil rroseslərinə, redaqoyi qanun və qanunauyğunluqların daxili strukturuna tam aydınlıq gətirməklə, təfəkkür və qabiliyyətlərin inkişafını formalaşdıran amilləri dəqiqləşdirməklə və bir sıra digər yeniliklərlə pedaqoji elmin inkişafına maraqlı töhfələr verə bilmişdir. O, öz zəhmətsevərliyi, işgüzarlığı, obyektivliyi, təşəbbüskarlığı, səmimiliyi ilə kollektivin dərin hörmətini qazanmışdır.
Akif Nurağa oğlu Abbasov 1950-ci il may ayının 28-də Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, burada N. Nərimanov adına 2 nömrəli orta məktəbi bitirdikdən sonra 1967-1968-ci illərdə "İşıq" şəhər qəzetində müxbir vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Ali təhsil almaq həvəsi onu M.F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna gətirmiş, 1968-ci ildə müvəffəqiyyətlə qəbul imtahanlarını verərək həmin institutun ingilis və Azərbaycan dilləri ixtisası üzrə tələbəsi olmuş və 1973-cü ildə təhsilini başa vuraraq təyinatla Sabirabad rayonuna müəllim göndərilmişdir. 1973-1975-ci illərdə Sabirabad rayonunun Şıxsalahlı və Qaragünə kənd orta məktəblərində müəllimlik fəaliyyətinə başlamış və ingilis dilini tədris etmişdir.
1975-ci ildə müsabiqə
yolu ilə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər
İnstitutunun (indiki Təhsil Problemləri İnstitutu) tərbiyənin
ümumi problemləri şöbəsinə kiçik elmi
işçi vəzifəsinə işə qəbul
olunmuş, 1975-2001-ci illərdə həmin institutda elmi işçi,
baş elmi işçi, şöbə müdiri vəzifələrində
çalışmışdır.
Akif Abbasov 1987-ci ildə "VIII-X sinif şagirdlərinin hüquq tərbiyəsində məktəb, ailə və ictimaiyyətin əlbir işi" mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi, 1995-ci ildə isə "Məktəbliləri ailə həyatına hazırlamağın nəzəriyyəsi və təcrübəsi" mövzusunda dissertasiya mudafiə edərək pedaqoji elmlər doktoru alimlik dərəcəsi almışdır. 2004-cü ildə professor elmi adına layiq görülmüşdür. 2000-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2002-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Professor Akif Abbasov 7 monoqrafiyanın, 100-dən çox elmi məqalənin, orta peşə ixtisas məktəbləri üçün "Milli əxlaq və ailə etikası" dərsliyinin (2008), ali (2000) və orta peşə-ixtisas (2009) məktəblərinin tələbələri üçün "Pedaqogika" dərs vəsaitinin, zəif eşidən uşaqlar üçün 2, 3, 4, 5-ci sinif dərsliklərinin (2008-2009), "İngiliscə-azərbaycanca pedaqoji-psixoloji lüğət"in (1999), "Azərbaycanca-ingiliscə pedaqoji-psixoloji terminlər lüğəti"nin (2006), ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün "İngilis dilindən imla və ifadə mətnləri məcmuəsi"nin (2008), "Aldanma sözlərə" romanının (2004), "Atatürk haqqında hekayələr"in (I və II kitablar, 2007) , 12 hekayə və pyes kitabının müəllifi, (1998-2007), ingilis dilindən tərcümə etdiyi 11 hekayə və pyes kitablarının tərcüməçisi (2000-2007), "Canavar balası" (1997), "Qırmızı qar" (1998) televiziya filmlərinin redaktoru olmuşdur.
Bütövlükdə onun əsərləri
pedaqoji ictimaiyyət və kütləvi oxucular tərəfindən
sevilərək oxunur, gənc nəslin tərbiyəsində
xüsusi əhəmiyyət kəsb edir. "Şagirdlərin
hüquq tərbiyəsi" (1983), "Ailə həyatının
etika və psixologiyası" (1988),
"Ailə həyatının etika və
psixologiyası üzrə müntəxəbat" (1989),
"Ailə" (1986, təkrar nəşr 1989), "Az
söylə, söz söylə" (Şərqin şifahi və
yazılı sənət abidələrində tərbiyəvi
fikirlər) (1993) və başqa kitabları hazırda da öz
əhəmiyyətini itirməmişdir.
Professor Akif Abbasov Bakı Ali
Pedaqoji Qızlar Seminariyasında (indiki Bakı Qızlar Universiteti)
elmi işlər üzrə prorektor vəzifəsində
çalışmışdır (1992-1998). O, "Təhsil,
mədəniyyət, incəsənət" elmi-nəzəri
və metodik jurnalın redaktoru (2000-2006), Bakı Dövlət
Universiteti nəzdində psixologiya elmləri üzrə, Təhsil
Problemləri İnstitutunda pedaqoji
elmlər üzrə dissertasiya şuralarının elmi
katibi vəzifələrində
(2003-2008) səmərəli fəaliyyət
göstərmişdir.
Alimin yaradıcılığı ilə şəxsiyyəti vəhdət təşkil etdikdə, bütöv, özünəməxsus xarakterə malik olduğu onun əməllərində göründükdə, o daha əzəmətli olur. Akif Abbasov məhz belə bir insandır, belə bir alimdir, belə bir şəxsiyyətdir!. Onun elmi-pedaqoji fəaliyyəti təkcə Azərbaycanda deyil, MDB-yə daxil olan ölkələrdə də yüksək qiymətləndirilir və onun əsərləri bu ölkələrdə sevilərək oxunur. Professor Akif Abbasov geniş dünyagörüşə malik insandır. İnsanın dünyaya baxışı, mədəniyyəti zamanca yerdəyişmə yolu ilə deyil, dəyərləri toplamaq yolu ilə inkişaf edir. Yeni dəyərlər köhnələrini yox etmir, əgər onlar müasir dövrlə səsləşirsə, əksinə, köhnə dəyərlərlə birləşərək onların bu gün üçün əhəmiyyətini daha da artırır, insanın irəliyə doğru addımlarını nəinki ağırlaşdırır, əksinə, yüngülləşdirir. Fikrimcə, professor Akif Abbasovun zəngin mədəni aləmi məhz belə formalaşmışdır. Onun elmi rəhbərliyi altında 16 nəfər tədqiqatçı namizədlik dissertasiyası müdafiə edib, hazırda 5 nəfər dissertant və aspiranta elmi rəhbərlik edir və 2 doktorluq dissertasiyasının elmi məsləhətçisidir.
Professor Akif Abbasovun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, Azərbaycan Maarif Nazirliyinin "Qabaqcıl maarif işçisi" döş nişanına və Fəxri fərmanına, 26 dekabr 2006-ci ildə respublika Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalına, 2007-ci ildə isə "Qızıl qələm" mükafatına layiq görülmüşdür.
Hazırda professor Akif Abbasov institutun elmi katibi
(2001-ci ildən) kimi elmi-pedaqoji fəaliyyətini uğurla
davam etdirir.
Öz həyat kredosunu
insanlara yaxşılıq etməkdə görən professor
Akif Abbasov şüurlu həyatını millətimizin gələcəyi
olan gənclərə həsr edərək Azərbaycan təhsilinin
inkişafını ləyaqətlə yüksəkliklərə
qaldırmaq istiqamətində səmərəli fəaliyyətini
davam etdirir.
Şəxsiyyətinə dərin
hörmət bəslədiyim, səmimi insan, görkəmli
alim Akif müəllimi anadan olmasının 60, elmi-pedaqoji fəaliyyətinin
40 illiyi münasibəti ilə səmimi-qəlbdən təbrik
edir, ona bəşəri nemət olan cansağlığı,
həyatda uzun ömür, müdriklik arzu edirəm! 60 yaşın mübarək, həmkarım
və dostum Akif müəllim!
Abdulla MEHRABOV
Azərbaycan müəllimi.- 2010.- 28 may.- S.18.