"Ətraf mühit və biz"
Bakıdakı
31 nömrəli
orta məktəbdə
"Ekologiya ili" çərçivəsində "Ətraf mühit və biz" mövzusunda
"açıq dərs"
diskussiya şəklində
keçirildi. Dərsi
VIII "V" sinfinin rəhbəri,
fizika-informatika müəllimi Naibə Rüstəmova apardı. Öncə müəllim şagirdləri ölkə başçısı İlham Əliyevin
2010-cu ili
"Ekologiya ili" elan etməsi barədə ətraflı məlumatlandırdı.
Diskussiya, sual-cavab
şəraitində keçən
dərsdə
şagirdlərdən Aidə, Aytən, Nərgiz, Nəzrin, Nərminə, Əminə,
Leyla, Emil, Sona, Fərəh və başqaları fəal iştirak etdilər. Onlar torpağın,
suyun, havanın ekologiyası, eləcə
də mövcud ekoloji problemlər və onların aradan qaldırılması,
təbiətin qorunması barədə fikir mübadiləsi aparıb, bu mövzuda elmi biliklərini nümayiş etdirdilər.
Sifai SƏFƏROVA
Azərbaycan müəllimi.- 2010 .-28 may.- S.11.