Azərbaycanın Milli Qəhrəmanları
Quliyev Mətləb Kamran
oğlu
1959-cu il yanvarın 9-da Beyləqan rayonunda anadan olmuşdu. Orta təhsilini Sumqayıt şəhərində
almış, sonra C.Naxçıvanski adına hərbi məktəbə daxil olmuşdu. Məktəbi bitirdikdən sonra
müxtəlif müəssisələrdə
fəaliyyət göstərmişdi.
Hərbi
xidməti Ukraynada yerinə yetirmişdi.
Mətləb 1985-ci ildə Azərbaycan
Dövlət Pedaqoji İnstitutunu bitirmişdi.
1992-ci ildə daxili işlər orqanlarında çalışmağa
başlamışdı. O, bir zabit kimi
Vətəni qorumaq üçün Qarabağa
- cəbhə bölgəsinə
yollanmışdı.1992-ci il
avqustun 31-də Ağdam
bölgəsində ağır
döyüşlərdə fəal iştirak etmiş, düşməni
böyük itkilərə
uğradaraq, geri çəkilməyə məcbur
etmişdi. Erməni işğalçılarına qarşı davam edən qızğın döyüşdə onun gülləsinin qurtardığını
hiss edən düşmən
irəliyə doğru
hücuma keçmişdi.
M.Quliyev elə həmin döyüşdə qəhrəmancasına həlak olub.
Ailəli idi. Bir övladı var.
Azərbaycan Respublikası
Prezidentinin 6 noyabr
1992-ci il tarixli 290 nömrəli Fərmanı ilə baş leytenant Quliyev Mətləb Kamran oğlu ölümündən sonra
Azərbaycanın Milli
Qəhrəmanı adına
layiq görülüb.
Bakıda Şəhidlər xiyabanında
dəfn olunub. Sumqayıt şəhərindəki
3 nömrəli orta məktəb onun adını daşıyır.
Məktəbin önündə büstü qoyulub. Yaşadığı binanın
önünə xatirə
lövhəsi vurulub, adına bulaq
tikilib.
Quliyev Mirzə
Məcid oğlu
1974-cü il yanvarın 11-də
Bərdə rayonunun Saatlı kəndində anadan olmuşdur. 1991-ci ildə kəndlərindəki
orta məktəbi bitirmiş, Mingəçevir
şəhərindəki 39 nömrəli texniki peşə məktəbində
qaynaqçı peşəsinə
yiyələnmişdir. O, 1992-ci ildə hərbi xidmətə çağırılmışdır.
Naxçıvan MR-in Sədərək rayonu ərazisində PDM-də tuşlayıcı-atıcı
kimi döyüşə
başlamış, Batabat
ərazisində gedən
döyüşlərdə vuruşmuşdur. Mirzə
1993-cü il iyulun 28-də Ağdam bölgəsinə göndərilmiş,
erməni işğalçılarına
qarşı döyüşlərdə
iştirak etmişdir.
Sonra Füzuli, Ağdərə, Tərtər
bölgələrində gedən
döyüşlərdə PDM-lə düşmənin bir neçə tankını və canlı qüvvəsini məhv etmişdir. M.Quliyev vətənpərvərlik borcunu
layiqincə yerinə yetirdiyinə görə
"Hərbi xidmətə
görə" medalı
ilə təltif olunmuşdur. O, 1995-ci ildə
Polis Akademiyasının qiyabı
şöbəsinə daxil
olmuşdur. 1997-ci ildə isə Bakı şəhər Baş Polis İdarəsinin
Çevik Polis Alayında
polis nəfəri kimi
fəaliyyətini davam
etdirmişdir. 2003-cü
ildə ona leytenant rütbəsi verilmişdir. Paytaxtın Nəsimi
rayon 20-ci polis bölməsində müvəkkil vəzifəsinə
təyin edilmişdir.
Azərbaycan Respublikası
Prezidentinin 4 aprel
1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Quliyev Mirzə Məcid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına
layiq görülmüşdür.
Ailəlidir.
Quliyev Nazim
Qabil oğlu
1965-ci il fevralın 7-də Beyləqan rayonunun Örənqala kəndində
anadan olmuşdu. 1982-ci ildə kəndlərindəki
orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmışdı. Əsgəri
xidmətini başa çatdırdıqdan sonra
bir müddət əmək fəaliyyəti
ilə məşğul
olmuşdu. 1988-ci ildə Qarabağ münaqişəsi başlayanda
Nazim də silaha sarılaraq özünümüdafiə dəstələrinin
birinə qoşularaq döyüş bölgəsinə
yollanmışdı. 1991-ci
ilin aprelində Füzuli bölgəsində
erməni işğalçılarına
qarşı gedən döyüşlərdə fəal
iştirak etmişdi.
O, eyni zamanda Cuvarlı,
Tuğ, Məlikcan, Arış, Divanallar və digər kəndlər uğrundakı
döyüşlərdə də rəşadətlə
vuruşmuşdu. 1992-ci ildə Köşbək kəndi ətrafında gedən ağır döyüşdə xüsusi
qəhrəmanlıq göstərərək,
yaralı döyüşçü
yoldaşlarını təhlükəli
zonadan çıxartmaqda
əsl vətənpərvərlik
nümayiş etdirmişdi.
N.Quliyev belə ağır döyüşlərin birində
qəhrəmancasına həlak
olub.
Subay idi.
Azərbaycan Respublikası
Prezidentinin 8 oktyabr
1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə Quliyev Nazim Qabil
oğlu ölümündən
sonra Azərbaycanın
Milli Qəhrəmanı
adına layiq görülüb.
Füzuli rayonu ərazisində dəfn olunub.
Təhsil aldığı
Örənqala kənd
orta məktəbi onun adını daşıyır.
Quliyev Nofəl
Zahid oğlu
1963-cü il oktyabrın 4-də
Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan
olmuşdu. 1981-ci ildə həmin şəhərdə orta məktəbi bitirmiş,
1982-ci ildə hərbi
xidmətə çağırılmışdı.
Əsgəri xidmətini başa
çatdırdıqdan sonra
bir müddət Bakı Məişət Kondisionerləri Zavodunda çalışmışdı. Nofəl altı il Tümen
vilayətində yaşadıqdan
sonra Vətənə
qayıtmış, DİN-də
polis nəfəri kimi
işə qəbul olunmuşdu. 1991-ci ilin dekabrında yoldaşları ilə birlikdə döyüş
bölgəsinə yollanaraq,
Goranboyun Todan kəndi uğrunda gedən döyüşdə
fəal iştirak etmişdi. Həmin vaxt düşmən
böyük qüvvə
ilə kəndə hücum etmişdi. Düşmən qüvvələrinin çox olmasına baxmayaraq, cəsur döyüşçülərimiz kəndin bir qarış torpağının
əldən getməsinə
imkan vermirdilər.
Bu gərgin döyüşdə
düşmən xeyli
canlı qüvvə itirsə də, hücumu dayandırmırdı.
Erməni işğalçılarının
əhatəsində olan
Nofəl son nəfəsinə
qədər vuruşaraq,
yağı düşmənə
əsir düşməmək
üçün axırıncı
gülləsini ürəyinə
sıxmışdı.
N.Quliyev 1991-ci il dekabrın 12-də
qəhrəmancasına həlak
olub.
Ailəli idi. Bir övladı var.
Azərbaycan Respublikası
Prezidentinin 6 iyun
1992-ci il tarixli 831 nömrəli Fərmanı ilə Quliyev Nofəl Zahid oğlu ölümündən sonra
Azərbaycanın Milli
Qəhrəmanı adına
layiq görülüb.
Şirvan şəhərindəki Şəhidlər
xiyabanında dəfn olunub. Şirvan şəhər 9 nömrəli orta məktəb onun adını daşıyır.
Qurbanov Novruz
Əliyullah oğlu
1975-ci il iyunun 2-də Ağstafa rayonunun Yuxarı Göycəli kəndində anadan olmuşdu. 1992-ci ildə
kəndlərindəki orta
məktəbi bitirmişdi.
O, 1993-cü ildə Ağstafa
rayon Hərbi Komissarlığı
tərəfindən əsgəri
xidmətə çağırılmışdı.
Bir müddət hərbi təlim keçdikdən sonra Azərbaycanın ayrılmaz bir hissəsi olan Qarabağ torpaqlarının
erməni işğalçılarından
müdafiəsinə qalxan
ordunun sıralarında vətənpərvər əsgər kimi xidmət etmişdi. Novruz komandirlərinin bütün
döyüş tapşırıqlarını
nümunəvi yerinə
yetirdiyinə, döyüşçü
yoldaşları ilə
mehriban davranışına
görə hamının
dərin hörmət
və məhəbbətini
qazanmışdı.
1995-ci il martın 13-də Azərbaycanda dövlət
çevrilişinə cəhdin
qarşısının alınmasında
fəal iştirak etmişdi.
N.Qurbanov 1995-ci il martın 17-də məlum hadisələr zamanı həlak olub.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin
4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı
ilə Qurbanov Novruz Əliyullah oğlu ölümündən
sonra Azərbaycanın
Milli Qəhrəmanı
adına layiq görülüb.
Anadan olduğu Yuxarı Göycəli kəndində
dəfn olunub. Elə həmin
kənddə də onun büstü qoyulub.
Milli Qəhrəmanlar
Beynəlxalq İnformasiya
Mərkəzinin materialları
əsasında
hazırladı: Ədalət DAŞDƏMİRLİ
Azərbaycan müəllimi.- 2010.- 5 noyabr.- S.1.