"Bakı" mövzusunda
Vətən dərsi
Bakıdakı 189 nömrəli
orta məktəbdə
Vətən dərslərinin
keçilməsi artıq
ənənə halını alıb. Burada 10 ildir ki, "İstedad" studiyası fəaliyyət
göstərir və keçilən dərslər müxtəlif mövzuları əhatə
edir. Növbəti 12-ci Vətən dərsi "Bakı" mövzusuna həsr olunmuşdu. Öncə Dövlət
himni səsləndirildi.
Qonaqları, pedaqoji kollektivi və valideynləri salamlayan məktəbin dil-ədəbiyyat
müəllimi Şəhla Gündüz Bakının yaranma tarixi, İçərişəhər, Qız qalası və tarixi şəxsiyyətlər barədə iştirakçıları ətraflı
məlumatlandırdı.
Bakının Çəmbərəkənd kəndində baş verən maraqlı əhvalatlardan söz açıldı, Nuru Paşa haqqında videogörüntülər nümayiş olundu. "İstedad" studiyasının üzvləri - Fuad Əhmədov, Ayşən Quliyeva, Fidan Məmmədova, Aytac Qurbanzadə vətənpərvərlik mövzusunda şeirlər söyləyib, rəngarəng proqramla çıxış etdilər.
164 nömrəli orta məktəbin 8-ci sinif şagirdi "Kimlik" studiyasının fəal üzvü Nərmin Sayadzadə də öz məharətini nümayiş etdirərək "İçərişəhər" şeirini söylədi, "Nəlbəki" rəqsi ifa olundu. Sonda "İstedad" studiyasının nəzdində fəaliyyət göstərən "Qanad" şagird teatrının üzvləri Firdus Kərimzadə və Nuray Cəfərova görkəmli satira ustası M.Ə.Sabirin şeirləri əsasında hazırlanan "Şikayət" səhnəciyini nümayiş etdirdilər.
Azərbaycan müəllimi.- 2010.- 5 noyabr.- S.5.