Təlim-tərbiyə sahəsində ciddi
dönüş yaradılıb
Bakıdakı 61
nömrəli orta məktəbdə keçən dərs
ilindən fərqli olaraq 2010-2011-ci dərs ilində təlim-tərbiyənin
vəziyyətinin yaxşılaşdırılması istiqamətində
xeyli iş görülüb. Bununla əlaqədar məktəbə
yeni təyin olunmuş direktor Zenfira Şıxəliyeva ilə
əlaqə saxladıq. O bildirdi ki, işə
başladığı ilk gündən məktəbin həyətyanı
sahəsi hasara alınıb, binanın fasad hissəsi yenidən
ağardılıb, sıradan çıxmış qapı və
pəncərələr təmir olunub. Eyni zamanda məktəbdaxili
sanitar qovşaqları bərpa edilib, sinifdənxaric və məktəbdənkənar
görülən işlər tam nəzarətə
götürülüb. Direktor onu da əlavə etdi ki, bu
gün dərslik təminatı sahəsində heç bir
problemimiz yoxdur və pedaqoji kollektivin hər bir
üzvünün İKT sahəsindəki fəaliyyəti
getdikcə genişlənir, müəllimlər dərslərini
kompüter otaqlarında keçirlər.
Hər həftənin VI
günü bu məktəbdə "Açıq
qapı" günü keçirilir. Həmin gün valideynlər
öz uşaqlarının təlim-tərbiyəsi ilə
yaxından maraqlanır, istədikləri müəllimlərin
dərslərində olur və məktəbin ümumi
işinin planlaşdırılmasında fəal iştirak
edirlər.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.- 2010.- 5 noyabr.- S.3.