Tamellanın sənət
uğurları
Tamella İsmayılova uşaq yaşlarından rəsm çəkməyə maraq
göstərib. O, hələ
5-6 yaşlarında flora və
faunadan çəkdiyi
müxtəlif gözəl
təbiət mənzərələri
ilə uşaq sərgilərində iştirak
edərək fərqlənib. Rəssamlığa
olan həvəsi ilə 6 yaşlı Tamella Milli Konservatoriyanın tərkibində
Respublika İncəsənət
Gimnaziyasının təsviri
və tətbiqi sənət şöbəsinə
daxil olur. Təcrübəli müəllimi
Umxanım Mehdiyevadan dərs
alaraq sənətin sirlərini mənimsəyir,
çəkdiyi rəsm
əsərləri ilə hamını heyrətləndirir.
Hazırda gimnaziyanın V sinif şagirdi, dərs əlaçısı olan T.İsmayılova əsasən təbiət mənzərələrini, uşaqların həyatını, mürəkkəb naxışları, nağılları fırça ilə canlandırır.
Tamella rəngkarlıq və qrafikadan başqa, batika üsulunda da gözəl əsərlər yaradır. Onun ilk fərdi sərgisində nümayiş etdirilən gözəl və rəngarəng əsərləri 2007-ci ildə təhsil aldığı gimnaziyanın akt zalında tamaşaçılara təqdim olunub. Diplomları və fəxri fərmanları olduqca çox olan balaca rəssamın ən böyük uğuru Hindistanın Dehli şəhərində keçirilən "Shankar"s İnternational Childirns Compatition müsabiqəsində gümüş medala layiq görülməsidir. Bundan başqa o, bu il Bakıda keçirilən "Mənim təmiz şəhərim" rəsm müsabiqəsində fərqlənərək Dövlət Neft Şirkəti tərəfindən xüsusi hədiyyə ilə mükafatlandırılıb. Tamellanın arzusu sənəti ilə ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil etmək və adını məşhur rəssamların cərgəsində görməkdir.
Rəşad ZİYADOV
Azərbaycan müəllimi.- 2010.- 5 noyabr.- S.8.