Ulan-Ude şəhərindəki 1
nömrəli Peşə Liseyinin iş təcrübəsi ilə
tanışlıq
Bu günlərdə Azərbaycan Dövlət Dəmir Yolu Liseyinin tədris işləri üzrə direktor müavini Ziloy Cabbarov və hərbi rəhbər Əli Məmmədov Təhsil Nazirliyinin razılığı ilə Rusiya Federasiyasının Buryatiya Respublikasının paytaxtı Ulan-Ude şəhərindəki 1 nömrəli Peşə Liseyinin iş təcrübəsini öyrənib və həmkarları ilə fikir mübadiləsi aparıblar. Onlar təhsil ocağının pedaqoji kollektivi ilə görüşüb, liseyin iş təcrübəsi və daxili nizam-intizamı ilə yaxından maraqlanıblar. Dəmir Yolu Liseyinin tədris işləri üzrə direktor müavini Ziloy Cabbarov səfər təəssüratlarını bizimlə bölüşərək bildirdi ki, Ulan-Ude şəhərindəki 1 nömrəli Peşə Liseyi üçmərtəbəli binada yerləşir. Bina istilik, su və elektrik enerjisi ilə təmin olunur. Liseydə təhsil müddəti 1 və 3 ildir. Bizdə olduğu kimi, bu təhsil ocağında da 594 şagird "Elektrovozun maşinist köməkçisi", "Teplovozun maşinist köməkçisi", "Hərəkət tərkibinin təmiri və xidməti üzrə çilingər" və "Sərnişin vaqonlarının bələdçisi, sığorta agenti" ixtisasları üzrə təhsil alır. Şagirdlər 21 qrupda komlektləşdirilib. Onların təlim-tərbiyəsi ilə 20 müəllim, 17 istehsalat təlimi ustası məşğul olur.Burada şagirdlər yataqxanada qalır və hər gün onlara 3 dəfə yemək verilir. Həftənin I günü isə liseydə "Sağlamlıq günü" elan olunub. Dərsdən sonra müəllim və şagirdlərin iştirakı ilə müxtəlif idman yarışları keçirilir.
Liseydə
olarkən bizə bildirdilər ki,
burada
"Könüllü yardım fondu" fəaliyyət göstərir və hər bir valideyn həmin fonda ildə 5 min rubl pul köçürür.
Səfər zamanı
bizim üçün ən maraqlı məqamlardan biri də
Buryatiya Respublikasının təhsil nazirinin 2 müavini və
ilk texniki peşə təhsili şöbəsinin müdiri ilə görüşlərimiz
oldu. Nəticədə iki lisey arasında əməkdaşlıq
haqqında müqavilə və bu il dekabr ayının 10-da 1
nömrəli Peşə Liseyinin 70 illik yubileyi mərasimində
iştirak etmək üçün niyyət protokolu
imzaladıq.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.- 2010.- 5 noyabr.- S.4.