Dövlət İdarəçilik Akademiyasında yeni təlim kursu başa çatıb

 

 Noyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında baş ofisi Böyük  Britaniyada yerləşən beynəlxalq "Global Gertification Limited" şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəsi Dr.Canan Ülkünün iştirakı ilə yeni təlim kursu başa  çatıb.

Tədbiri giriş sözü ilə açan DİA-nın I prorektoru, professor Əlikram Abdullayev qeyd edib ki, Azərbaycanda  artıq 6 ildir fəaliyyət göstərən şirkət əsas etibarilə kadr xidmətinin idarə edilməsinə dair təlimlər keçirilməsi, keyfiyyətin idarə edilməsi, informasiya təhlükəsizliyi, peşə təhlükəsizliyi əməyin mühafizəsinin idarəetmə, ətraf mühitin qorunması   mühafizəsi sistemlərinin qurulması s. sahələr üzrə beynəlxalq statuslu sertifikatların verilməsi  ilə məşğul olur.

DİA-da gənclərin belə təlimlərin keçirilməsinə maraq göstərdiklərini qeyd edən  Ə.Abdullayev  onu da bildirib ki, bu təlimdə məqsəd akademiyada çalışan təhsil alan gənclərin, xüsusilə menecment sahəsində ixtisaslaşanların idarəçilik bacarıqlarının artırılması, onlara keyfiyyətin idarə olunması kimi çox aktual bir məsələyə dair ən yeni biliklərin verilməsi olub.

Sonda çıxış edənlər kursun  dinləyicilərinə  uğurlar arzulayıblar.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2010.- 5 noyabr.- S.5.