Aktyorlar məktəblilərin qonağı oldular

 

Bakıdakı  M.Müşfiq adına 18 nömrəli orta məktəbdə Azərbaycan Dövlət Akademik Milli  Teatrının  bir  qrup aktyoru ilə görüş keçirilib. Görkəmli sənət ustalarını, pedaqoji kollektivi və şagirdləri salamlayan məktəbin direktor müavini  Bəsti Ağayeva sözü xalq artistləri  Laləzar Mustafayevaya, Rafiq Əzimova, məktəbin məzunu - əməkdar artist Elxan Quliyevə verdi. Aktyorlar  öz yaradıcılıq planları, yeni  mövsümdə hazırlayacaqları tamaşalar  barədə  məlumat verdilər. Laləzar Mustafayevanın  ifasında  xalq şairi B.Vahabzadənin "Ana" şeiri, Rafiq Əzimovun   isə "Dədə Qorqud" filmindən söylədiyi  monoloq  görüş iştirakçılarında xoş ovqat yaratdı.

Qonaqlara öz minnətdarlığını bildirən  məktəbin direktoru Vaqif Hüseynov gələcəkdə onlarla tez-tez iş birliyi quracaqlarını  vurğuladı.

Sonda şagirdlərin sualları aktyorlar tərəfindən cavablandırıldı.

 

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2010.- 5 noyabr.- S.5.