Beynəlxalq uşaq
bədii rəsm müsabiqəsində fərqləniblər
Çexiya Respublikasının Mədəniyyət, Təhsil, İdman və Turizm, Xarici İşlər nazirlikləri və YUNESKO-nun Çexiyadakı komissiyasının təşəbbüsü ilə 38-ci Beynəlxalq uşaq bədii rəsm müsabiqəsi keçirilib. Həmin müsabiqədə iştirak etmək üçün Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi dəvət alıb. Müsabiqənin əsasnaməsinə əsasən "Mənim ölkəmdə həşəratlar və kəpənəklər", "Ağaclar və meşələr", "Çay və göllərdə yaşayanlar", "Yabanı güllər və zərərli bitkilər" mövzularında gənc rəssamlar əsərlərini təqdim ediblər.
Müsabiqəyə böyük həvəslə qatılan mərkəzin gənc rəssamlarının ən yaxşı rəsm işləri Çexiyaya göndərilib.
Bu günlərdə isə xoş xəbər gənc rəssamları sevindirib. Rəsm dərnəyinin rəhbəri Nərmin Abdullayevanın yetirmələri Günel Məmmədova və Nərmin Mövsümovanın rəsm işləri müsabiqədə fərqlənib.
Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov, mərkəzin direktoru Lalə Qəti və gənc rəssamlar Günel və Nərmin Çexiya Respublikasının ölkəmizdəki səfirliyində keçirilən mərasimdə iştirak ediblər. Çexiyanın ölkəmizdəki səfiri Radek Matula qaliblərlə görüşüb və onların adlarına göndərilən diplom və hədiyyələri təqdim edib.
Azərbaycan
müəllimi.- 2010.- 5 noyabr.- S.5.