"Azərbaycan Respublikasında İlk peşə-ixtisas təhsili üzrə Kurikulum (proqram) və modul hazırlamaq üçün təlimat" vəsaitinin təsdiq olunması barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Prezidentinin 03 iyul 2007-ci il tarixli 2282 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nın 5.14-cü bəndinin "Texniki peşə təhsilinin məzmununun təkmilləşdirilməsi istiqamətində yeni dövlət standartlarına uyğun tədris plan və proqramlarının hazırlanması"nı təmin etmək məqsədilə Avropa İttifaqı ilə birlikdə həyata keçirilən "Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihə çərçivəsində "Azərbaycan Respublikası İlk peşə-ixtisas təhsili üzrə Kurikulum (proqram) və modul hazırlamaq üçün təlimat" sənədinin təsdiq edilməsini məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. "Texniki peşə təhsilinin məzmunun təkmilləşdirilməsi istiqamətində yeni dövlət standartlarına uyğun tədris plan və proqramlarının hazırlanması"nı təmin etmək məqsədilə "Azərbaycan Respublikası İlk peşə-ixtisas təhsili üzrə Kurikulum (proqram) və modul hazırlamaq üçün təlimat" sənədi təsdiq edilsin.

2. Texniki peşə təhsili şöbəsi (N.Məmmədov) və Təhsil Problemləri İnstitutu (A.Mehrabov) təlimati sənədin tələblərinə uyğun olan modul proqramının hazırlanması üzrə seminar və treninqlərin keçirilməsi üçün tədbirlər planı hazırlasınlar.

3. Texniki peşə təhsili şöbəsi (N.Məmmədov)  və Ümumi şöbənin İnzibati işlər üzrə sektoru (A.Nəbiyev) "Azərbaycan Respublikası İlk peşə-ixtisas təhsili üzrə Kurikulum (proqram) və modul hazırlamaq üçün təlimat" sənədinin ilk peşə-ixtisas təhsili müəssisələrinə çatdırılmasını təmin etsinlər.

4. İctimaiyyətlə əlaqə şöbəsinin müdiri (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Sənətkar" jurnalının baş redaktoru (Ş.Balakişiyev) jurnalda dərc edilməsini təşkil etsinlər.

5. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə edilsin.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

8 noyabr 2010-cu il

 

Azərbaycan müəllimi.- 2010.- 12 noyabr.- S.3.