Dövlət Bayrağı günü qeyd edildi
Bakıdakı 35 nömrəli orta məktəbdə 9 noyabr Dövlət Bayrağı günü ilə bağlı tədbir keçirildi. Dövlət himni və "Koroğlu" operasından uvertüra ilə başlanan tədbirə təntənəli şəkildə Dövlət bayrağı gətirildi.
Qonaqları, müəllimləri və şagirdləri bu gün münasibətilə təbrik edən təhsil ocağının direktoru Rəna Naibova Dövlət bayrağının yaranma tarixi haqqında tədbir iştirakçılarına geniş məlumat verdi.
Şagirdlər musiqi müəllimi Dilqəm Musaoğlunun bəstələdiyi "Heydər babamız" mahnısını həvəslə qonaqlara təqdim etdilər.
Çıxış edən qonaqlar belə tədbirlərin təhsil ocaqlarında təntənə ilə keçirilməsini müsbət addım kimi qiymətləndirdilər.
Tədbir aşağı sinif şagirdlərinin bayrağa aid söylədikləri şeirlərlə başa çatdı.
***
Həmin gün Bakıdakı 236 nömrəli orta məktəbdə də üçrəngli bayrağa aid tədbir keçirildi. Himnin səslənməsi və Dövlət bayrağının səhnəyə gətirilməsi ilə başlanan tədbiri giriş sözü ilə məktəbin direktoru Xanlar İmaməliyev açaraq tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi. Bildirildi ki, milli bayraq - mənəvi, siyasi, ideoloji baxımdan bir dövlətin və bir dövləti təşkil edən millətin simvolu olub, onların mövcudluğunu göstərən rəmzdir.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi Rasim İbrahimov da Dövlət bayrağı haqqında tədbir iştirakçılarına geniş məlumat verərək belə tədbirlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirdi. Bu gün münasibətilə xalqımızı təbrik etdi və doğma Azərbaycanımıza əbədi müstəqillik, işıqlı gələcək arzuladı.
Tədbir şagirdlərin ifasında maraqlı vətənpərvərlik mahnıları və şeirlər ilə unudulmaz xatirəyə çevrildi.
***
Bakıdakı 297 nömrəli orta məktəbdə də Dövlət Bayrağı və 12 noyabr Konstitusiya günü münasibətilə keçirilən tədbir Dövlət himninin səslənməsi və bayrağın səhnəyə gətirilməsilə başladı.
Təhsil ocağının direktoru Fazil Məmmədov qonaqları,
müəllimləri və
şagirdləri bu iki bayram münasibətilə
təbrik etdi. O, Dövlət Bayrağı və Konstitusiya gününün
yaranma tarixləri haqqında tədbir
iştirakçılarına geniş məlumat
verdi. Qeyd edildi ki,
Dövlət bayrağımız möhtəşəmliyi ilə
"Ginnesin rekordları" kitabına düşdü. Hər bir
azərbaycanlının borcudur ki, ümummilli liderimizin azərbaycançılıq - vətənpərvərlik ideyalarına sadiq
qalsın, bayrağımızın şərəfini hər
yerdə qorusun, dünya
arenalarında onun ən yüksək
zirvələrdə dalğalanmasına nail
olsun.
Çıxış edənlər
qeyd etdilər ki, gələcəyimiz sayılan məktəblilər
tariximiz, milli dəyərlərimiz, adət-ənənələrimiz
haqqında həmişə məlumatlı olmalıdırlar.
Tədbir şagirdlərin
ifasında bayraq gününə aid mahnılarla, şeirlərlə
başa çatdı.
RƏŞAD
Azərbaycan müəllimi.- 2010.- 12 noyabr.- S.3.